|
Nəsihətlər
İnsan enerjisi - heç bir şeylə müqayisə edilməyəcək bir gücdür. Sevgi harmoniyası vasitəsilə əldə olunmuş enerji, gücünə görə atom bombasının gücünə bərabərdir, fərq bircə ondadır ki, birincisi yaradır, ikincisi isə dağıdır.
Yerin və göyün qanunları səndə yaşayır. Həyat özü-özlüyündə bir həqiqətdir, və bu heç vaxt dəyişməyəcək. Yerdəki və göydəki bütün varlıqlar nəfəs alır. Nəfəs almaq - bütün Yaradanı birləşdirən vasitədir.
O-Sensey Morihey Ueşiba
Həqiqi budo - sevginin məhsuludur. Bu bütün canlı varlıqlara həyat vermək üçün çəkilmiş zəhmət deməkdir, bu işdə heç kimi öldürmək, heç kimlə vuruşmaq olmaz. Məhəbbət - hər şeydə ilahiliyin qorunub saxlanılması deməkdir. Bunsuz heç nə mövcud ola bilməz. Aikido - məhəbbətin reallaşdırılmasıdır.
O-Sensey Morihey Ueşiba
|