|
|
Sensei - Fərhad Ələsgərov
Düzgün həyat tərzi bizim bədənimizlə yanaşı ruhumuzu da sağlamlaşdırdığı kimi, savadlı ustadın nəzarəti və göstərişləri əsasında aparılan, qaydalarla müşayət olunan düzgün məşqlər də bizdə yenilməz döyüşçü ruhunu yaradır.
|
Sensei- Fərhad Ələsgərov, Azərbaycanda Aikidonun qurucusu, Azərbaycan Aikido Federasiyasının prezidenti, Azərbaycan Aikido Mərkəzinin rəhbəri.
Gənc vaxtlarda o, güləş, judo, karate kimi təkbətək döyüş növləri ilə məşq edirdi, həyat və dünya fəlsəfəsini özündə daşıyan döyüş növünün axtarışında idi. Sonralar Aikido ustaları tərəfindən xarıcdə keçirilən seminarlarda iştirak edərək, başa düşdü ki, axtardığı məhz bu imiş.
Sensei F. Ələsgərov 1990-cı ildə Azərbaycanda ilk Aikido dojosunu Bakı ş. Bala Dadaşov 24 ünvanda yaradır və dərs keçməyə başlayır.
30.06.1992-ci ildə Azərbaycanda ilk Aikido təşkilatı «Aikido Mərkəzi»ni Ədliyyə Nazirliyində qeydiyyatdan keçirir.
13.07.1994-cü ildə «Azərbaycan Aikido Federasiyası»nı Ədliyyə Nazirliyində qeydiyyatdan keçirir.
F. Ələsgərov yaponiyalı Aikido ustalarından təlim almışdır: N.Tamura sensei, Y.Yamada sensei, S.Sugano sensei, Y.Kitaura sensei, M.Fujita sensei, N.İçihaşi sensei, K.Kumagai sensei, H.İsoyama sensei, R.Sakamoto sensei və Doşu – M.Ueşiba.
F. Ələsgərov hər il seminarlar və dərəcə atestasiyaları keçirir. Bu günkü günə 60-dən çox tələbəni Dan dərəcəsinə hazırlayıb və atestasiya edib.
Fərhad Ələsgərov 1997-ci ildə Aikidoya yeni gələnlər üçün azərbaycan və rus dilində «Aikidoçunun yaddaş kitabçası» dərs vəsaitini tərtib etdi. O, vaxtaşırı ölkə mətbuatında Aikido barəsində məqalələr dərc edir, həmçinin məktəblərdə, universitetlərdə, özəl təşkilatlarda məruzələr oxuyur, televiziya və radioda «Aikido incəsənət adamları üçün», «Aikido və tibb», «Aikido gündəlik həyatda», «Aikido və biznes sahəsi», «Aikido qadınlar üçün», «Uşaqlarda şəxsiyyətin formalaşması » və s. mövzularda çıxışlar edir. F. Ələsgərov müəllifi olduğu «Aikido Fəlsəfəsi» kitabı 2002-ci ildə rus dilində nəşr olundu və Sankt Peterburq şəhərində keçirilən ənənəvi «Bəyaz gecələr» festivalında təqdimatı keçirildi.
Fərhad Ələsgərov 27.10.1990-cı ildə yaranmış SSRİ Aikido Federasiyasının (indiki Beynəlxalq Avroasiya Aikido Federasiyasının (IEAAF)) təsisçisi və vitse-prezidentidir. 31.07.1997-ci ildən Azərbaycanın Milli Olimpiya Komitəsinin üzvüdür. 19.07.2019-cu ildə Aikido növü üzrə «Azərbaycan Respublikasının Əməkdar Məşqçisi» fəxri adına layiq görülmüşdür.
 
|
|
|