Azərbaycanda Aikido Azərbaycan Aikido Federasiyası  (AAF)
RU | AZ
Əsl qələbə -
öz üzərində qələbədir
Müraciət
Qrupa yazılmaq üçün
Sual və müraciətləriniz
Məlumat
Federasiyaya üzvlük
Mərkəzin dərs cədvəli
Dərəcələrin verilməsi üçün göstərişlər
Əlaqə
Bakı şəh. AZ1072 Bala-əmi Dadaşov küç.24 (metro N.Nərimanov yaxınlığında)
(+99412) 5675895; Fax (+99412) 4476789;
(+99455) 6923643;
;
aikidao@yahoo.com
Federasiya
Nəşrlər siyahısına qayıtmaq

HƏYAT (Birinci hissə)

Nəşrin tarixi 21.04.2025
Bölüm Məqalə
Bölümaltı

HƏYAT (Birinci hissə)

Əvvəlcə heç nə yox idi, yalnız qaranlıq və sükut var idi. Bu uzun müddət davam edirdi. Sonra ilkin uzun uzadı nəfəs alınır. Alınan nəfəs toplandıqdan və sıxlaşdıqdan sonra, davamlı uzun zaman ərzində AOUMN səsi ilə və işıq şəklində nəfəs verilir. Burada A - enerji, O - boşluq, U - rütubət, M - maddə, H - istilikdir. Bu beş elementdən həyatın doğuluşu əmələ gəlir. İlk kosmik səsdən yaranan işıq enerjisi bütün kainata həyat verdi. Bu günə qədər bu söz belə səsləndirilir: OM, AUN, AMİN. Bu sözlərlə saleh insanlar dualara güc verirlər ki, xeyirxah istəklər həyata yetsin. Beləliklə, qaranlıqdan işığın ilkin və əbədi enerjisi doğulur. Bu enerji sonradan ulduzların, planetlərin, insanların və qalan hər şeyin həyatını yaradır. Enerji özlüyündə sonsuzluğu təmsil edir və özünəməxsus şəkildə inkişaf edir. Enerji ilkin olduğundan, bütün həyat ondan əmələ gəlir və o, hər şeyin yaradıcısıdır. Həyatın davam etməsinin şərtləri isə işıq və qaranlıq, bərklik və boşluq, isti və soyuq, nəfəs alma və vermə, kişi və qadından asılıdır. Həyatı təmin etmək və formasını inkişaf etdirmək üçün daim enerji lazım olur, bunu biz hava, su, istilik və yer nemətləri ilə qidalanaraq əldə edirik. Bütün həyatların ömür vaxtı Mütləq varlığın özü tərəfindən təyin edilir və kodlaşdırılır.

Yer kürəsində həyat su fəzalarında yaranmağa başladı, o zaman ki, planet canlanır və onun üzərində həyat üçün şərait yaranır. Kiçik zərrəciklərdən başlayaraq həyat inkişaf etməyə, yayılmağa və sayca çoxalmağa başladı. Ətraf mühitə uyğunlaşaraq onlar bütün okeana yayıldılar. Yaşayış mühitindən və şəraitindən asılı olaraq, onlar müxtəlif forma və ölçülər alaraq, su bitkilərinə və digər su canlılarına çevrilmişlər. Okeanın qabarmaları və çəkilmələri səbəbindən elə oldu ki, bəzi həyat növləri quruda qalırdılar və bu, sudan kənar həyatı təşviq edən növbəti təkamülə səbəb oldu.Çox uzun zaman lazım oldu ki, müxtəlif heyvan və bitki həyat növləri meydana gəlsin. Bütün həyat formaları planetimizin uşaqları və onun həyatının əksidir. Bu onu göstərir ki, bütün canlı orqanizmlərin orqanizmində Yer planetində olduğu kimi eyni kimyəvi elementlər, su, hava və istilik var. Planeti canlandırmaq və orada həyat yaratmaq üçün günəşdən olan istiliyin, sudan olan rütubətin, səma havasının və yerin elementlərinin tərkibinin düzgün nisbətdə olması lazım idi. Bu, Kainatın özü tərəfindən tərtib edilmiş həyat formuludur.

Yer kürəsində çoxlu canlı orqanizmlər var və heç kim onların neçə növ olduğunu dəqiq bilmir. Bir növün bir çox alt növləri var. İnsan da heyvanlar aləminin bir növüdür. O, ağıllı olsa da, təbiət aləmin bir parçasıdır və heç də onun sahibi deyil. O, planetdəki bütün digər canlılar kimi, onun qanunlarına tabedir. Bütün növ orqanizmlər arasında qırılmaz əlaqə var. Həyat bioloji tarazlıq sayəsində mümkündür. Onların hər biri müəyyən bir rol oynayır və yalnız başqa bir həyat elementinin olması ilə mövcud ola bilir. Bu mükəmməl, kövrək və çox həssas harmoniyadır. Yararsız və ya təhlükəli canlılar yoxdur, bütün növlər bir-birini tarazlayır, hamısının xüsusi funksiyası var. Təbiətin bütün mürəkkəbliyi və sonsuz zənginliyi hər dəfə yenidən təkrarlanan sadə qanunauyğunluqlarla yaranır və onun gücünə baxmayaraq bu proses tamamilə gözlənilməzdir və eyni dərəcədə təkrarlanmır.


Fərhad Ələsgərov

© 2014 Azərbaycan Aikido Federasiyası. Bütün hüquqlar qorunur. Sayt 8 yaşdan yuxarı istifadəçilər üçün nəzərdə tutulub.(8+). Dizayn və təkmilləşdirmə SiteMan.az