15-16 aprel 2017-ci il tarixlərində Bakı şəhərində Azərbaycan Aikido Federasiyasının Prezidenti Sensey Fərhad Ələsgərovun rəhbərliyi altında Respublika seminarı keçiriləcək.
Seminarın vaxtı:
15 aprel (şənbə)
16:00-17:00 uşaqlar
18:30-20:00 böyüklər
16 aprel (bazar)
11:00-12:30 böyüklər
Seminar sonu tövsiyyəsi:
Bir birinizə münasibətdə qayğılı və sayğılı olun.
Müəllimlərə və ustada münasibətdə hörmət və ehtiram göstərin.
Dojo işlərinə münasibətdə laqeyd olmayın.
Federasiyanın tədbirlərinə münasibətdə həmrəy və dəstək olun.
Dojo qaydalarına əməl edin.
Münasibətlərdə incikliyə və təkəbbürlülüyə yer yoxdur, bunlar zəiflik əlamətidir.
Təlimlərə gəlməyin bir məqsədi var: - özünü tanımaq və öz üzərində qələbə çalmaq.