Azərbaycanda Aikido Azərbaycan Aikido Federasiyası  (AAF)
RU | AZ
Əsl qələbə -
öz üzərində qələbədir
Müraciət
Qrupa yazılmaq üçün
Sual və müraciətləriniz
Məlumat
Federasiyaya üzvlük
Mərkəzin dərs cədvəli
Əlaqə
Bakı şəh. AZ1072 Bala-əmi Dadaşov küç.24 (metro N.Nərimanov yaxınlığında)
(+99412) 5675895; Fax (+99412) 4476789;
(+99455) 6923643;
;
aikidao@yahoo.com
Federasiya
Məlumat siyahısına qayıd

BUŞİ


BUŞİ yapon dilindən tərcümədə,
"Bu" - döyüş sənəti,
"Şi" və ya "Şa" adam,
Döyüş sənəti adamı - Döyüşçü.


Döyüşçüyə uğur arzulamazlar.
Döyüşçü özü uğuruna yol açır.
Döyüşçüyə sülhlü dünya arzu edərlər.

Mənəvi cəhətdən inkişaf etmiş hər bir insan Döyüşçüdür. O, hər gün özü ilə döyüşür və hər dəfə özünə qalib gəlir.

Əsl Döyüşçünün Müqəddəs Yolu, məhv etmir. Müqəddəs Döyüşçü yaradır və əgər məhv edərsə, ətrafındakı bütün pisliyi məhv edir.

Döyüşçü hər kəsin daxilindədir. O, ya daxildə yatır, ya da oyaq olur. Daxili Döyüşçü, ona bir vətən olan vücudunu qorumaq üçün hər zaman sayıq olmalıdır. Əgər o, öz vücudundaki ruh rahatlığının qeydinə qalmırsa, ailəsində və ya olduğu cəmiyyətdə necə sülh yaradıb, onu qoruya bilər.

Başqalarına nümunə olmaq üçün özünə qalib gəl və əməllərinlə müşayiət olunan sözünlə və hərəkətinlə məsləhət ver.

Döyüşçü döyüş meydanını tərk edənləri təqib etmir. Layiqli döyüşçü hər zaman rəqibi üçün bir xilas yolu qoyur. O, rəqibinin məziyyətlərini qeyd edərək, onun məğlubiyyətini ləyaqətlə qəbul edir.

Döyüşçülər üzr istəmirlər, çünki səhvə yol vermirlər. Səhv ölüm deməkdir.

Maraq Döyüşçünün düşmənidir.

Döyüşçünün Yolu bir çox gözlənilməz sual və vəziyyətlərlə müşayiət olunur. Əsl Döyüşçü ortaya çıxan suallara sürətli və dərhal cavablar və həll yolları üçün əvvəlcədən hazırlaşır. Gecikmə ölümə bənzər.

Əsl Döyüşçünün arzusu Sülhdür,
Əsl Döyüşçünün məqsədi özünü tanımaqdır,
Əsl Döyüşçünün yolu təkmilləşməyə can atmaqdır.

Döyüşçü heç zaman şikayət etmir, o qane olur və təşəkkür edir. O, sözlərində və əməllərində səmimidir. Rəhbərinə xidmət etmək və ya Ustadının tələbəsi olmaq onun üçün şərəfdir.

Döyüşçü nə zamanı, nə yeri, nə də iqlim şəraitini seçir. Döyüşçü lazım olduğu yerdə olur. Onu Döyüşçü Ruhu çağırır və müşayiət edir.

Döyüşçüdən döyüşçüyə fərq var.
Döyüşçü var geyimi ilə döyüşçüdür,
Döyüşçü var sözü ilə döyüşçüdür,
Döyüşçü var işi ilə döyüşçüdür,
Döyüşçü var ruhən döyüşçüdür.
Ruhən Döyüşçü olmaq hər şeyi özündə cəmləşdirmək deməkdir.

Döyüşçü müharibə arzulamır,
Onun missiyası yalnız mübarizə aparmaq deyil,
O, ədalət naminə həqiqətə xidmət edir.

Nur Döyüşçüsü və ya Zülmət Döyüşçüsü.
Harada olursa olsun, fərqi yoxdur.
Əsas odur ki, O Tanrıya xidmət etsin.


Hər birinizə Dünyada Sülh arzusu ilə!



Fərhad Ələsgərov



© 2014 Azərbaycan Aikido Federasiyası. Bütün hüquqlar qorunur. Sayt 8 yaşdan yuxarı istifadəçilər üçün nəzərdə tutulub.(8+). Dizayn və təkmilləşdirmə SiteMan.az