Oruc tutmaqla bağlı sual yarananda, yəni nə vaxt yeməli, nə yeməli, necə yeməli?
Cavab belə oldu:
Nə vaxt yeməli, nə yeməli, necə yeməli, nə qədər yeməli, yəni daim yemək haqda düşünən insan mədə orucu tutur. Bu bir növ heyvani orucdur. Belə oruc dar düşünən insanlar üçündür və oruc tutmanın 1-ci mərhələsi sayılır.
2-ci mərhələ bir aylıq müddəti əhatə edəndir, hansı ki, insan bütün duyğu üzvləri üzərində çalışır və yemək haqqında düşünmür. Şüuru təmizləyrək, öz hissiyat orqanlarını müsbətə kökləyərək , həm də aktiv və düzgün nəfəs məşğələləri edir. Düzgün nəfəs almaq üçün mədə boş olmalıdır. Çünki doğru nəfəsalma sağlamlıq üçün vacibdir.
3-cü mərhələnin orucu isə illik olandır. İllik orucda insan hər gün şüurunu arındırır, hiss orqanlarını pozitiv kökləyir, yeməkdə aza qane olur, doğru nəfəs alır, sağlamlaşdırıcı məşğələlər edir və meditasiya ilə məşğul olur. Bu mərhələ həm çətin, həm də asandır. Bu sizin həyata olan münasibətinizdən və yaşam tərzinizdən asılıdır. Hər kəsin buna nail olmaq şansı var.