Azərbaycanda Aikido Azərbaycan Aikido Federasiyası  (AAF)
RU | AZ
Əsl qələbə -
öz üzərində qələbədir
Müraciət
Qrupa yazılmaq üçün
Sual və müraciətləriniz
Məlumat
Federasiyaya üzvlük
Mərkəzin dərs cədvəli
Dərəcələrin verilməsi üçün göstərişlər
Əlaqə
Bakı şəh. AZ1072 Bala-əmi Dadaşov küç.24 (metro N.Nərimanov yaxınlığında)
(+99412) 5675895; Fax (+99412) 4476789;
(+99455) 6923643;
;
aikidao@yahoo.com
Federasiya
Məlumat siyahısına qayıd

BİLİK

“Allah alim bəndələrini sevir”.

Bilik – yolun tətbiqinin ürəyidir.

Biliyin mənası – xatırlamaqdır. Hər şeyi unutduqda bilik əldə edilir. Biliyin əsl mənası yadda qalandan başqa hər şeyi unutmaqdır.

Bilik – insanın özünü cəhalətdən qurtarmasıdır.

Bilik əldə edən insan tələbə sayılır. Tələbə biliyə ehtiyacı olandır.

Bir dərsi bitirdikdən sonra dincəlib meditasiya edin. Bu yolla siz biliklərinizi möhkəmləndirə bilərsiniz.
İnsan sonsuz öyrənə, oxuya və məşq edə bilər, amma əsl biliyi mükəmməl müəllim ötürür.

Toxum münbut torpaqda cücərdiyi kimi, bilik də yaxşı şagirddə cücərir.

Bilik praktiki və nəzəri yolla ötürülür. Lakin biliyin mənimsənilməsi sözlərin, düşüncələrin və hərəkətlərin mənasının dərk edilməsi ilə baş verir.

Ən vacib bilik mənəvi bilikdir və bu bilik qəlb üçün lazımdır.

Bilik əldə etməyin qaydaları əvvəla bədənin yuyulmasından və şüuru boşaltmaqdan başlayır. Başqalarını narahat etməmək üçün təmiz paltarda və xoş ətirli iştirak etməliyik. Gözlərimizlə, qulağımızla və fikrimizlə müəllimin bilik mənbəyinə yönəlməliyik. Diqqətimizi cəmləyərək biliyə tuşlanmalıyıq. Sakitliyi qoruyun və lazımsız yerə danışmayın. Biliyi dərk etməyincə fikrinizdə qarşıdurma yaratmayın.

Bilik tənbəl adamın və harada və necə olduğunu vecinə almayan avara adamın gücündən kənardır. Bilik zəhmətlə, müəllimə xidmətlə əldə edilir.

Qazanılan biliklər müəllimin xeyir-duası ilə, müəllimə sədaqətlə, müəllimlə əlaqəni qırmamaq şərti ilə təsir qüvvəsində olur.

Mənəvi davamlılıqda olan əsl müəlliminin ötürdüyü bilik keyfiyyətli bəhərdir və belə bəhərin toxumundan da keyfiyyətli bəhrələr çıxar. Mənəvi davamlılıqda olmayan müəllimin ötürdüyü biliklərdən isə cücərmək şansı az olan keyfiyyətsiz məhsul yetişir. Hətta belə bir məhsulun toxumu böyüməyə başlasa belə, xəstəliyə məruz olacaq.

Biliyin mənimsənilməsi şagirdin müəllimlə mənəvi əlaqəsi ilə baş verir.

Müəllimə kifayət qədər bağlı olmayan şagird müəllimin ona ötürdüyü biliklərdən yararlana bilməyəcək. Digər tərəfdən, mənbə ilə bağlılıqdan məhrum olan müəllim şagirdi bilik yolu ilə apara bilməyəcək, onu ancaq eqoizmə, özünəpərəstliyə aparacaq. Yolunu azmış müəllim gizli şəkildə başqa cəmiyyətlərdən olan tələbələri şirnikləndirir və onlara ad və şöhrət yaradacağını vəd edərək onları unutqanlığa səsləyir. O, məharətlə onlara yalançı təriflər söyləyərək, onları səhv yola sürükləyir. Onlara reputasiya, qazanc və yüksək vəzifə vəd edir. Yalnız sonda onun əsl siması üzə çıxır.

Amma sirrlər yalnız vəsvəsələrə boyun əyməyənlərə açılır.

Bilik insana qəflətlə mübarizə aparmaq və yolu işıqlandıran nuru əldə etmək üçün lazımdır.

Bilik əgər özünə və insanlara məhəbbətsiz istifadə edilərsə, faciələrə səbəb olur...

Fərhad Ələsgərov

© 2014 Azərbaycan Aikido Federasiyası. Bütün hüquqlar qorunur. Sayt 8 yaşdan yuxarı istifadəçilər üçün nəzərdə tutulub.(8+). Dizayn və təkmilləşdirmə SiteMan.az