Təlim keçən tələbələr öz mövqeləri ilə fəxr etməməlidirlər. Onlar dərsdə iştirak edən tələbələrlə və təlimatçılarla harmoniya saxlamalıdırlar. Əgər dərs deyən tələbələr öz aralarında harmoniya saxlaya bilmirlərsə, o zaman onların harmoniya prinsiplərini tələbələrə necə təqdim etdikləri barədə düşünmək lazımdır.
Təlim keçən tələbə sağlamlığı ilə başqalarına nümunə olmalıdır. Tam sağlamlıq bədən, ağıl və ruhun sağlamlığı deməkdir. O özünü düzgün formada saxlamalı, yaxşı Ki-yə sahib olmalı və düşüncələrində münaqişəsiz olmalıdır. Təlim keçən tələbə dərsi yaxşı əhval-ruhiyyədə aparmalı və özünü tamamilə dərsə həsr etməlidir. O, “ötürücü” vəzifəsini, müvafiq olaraq həm rituallara, həm də texniki ifalara riayət etməyi unutmamalıdır.
İsinmə hərəkətləri sağlamlığın bərpasına və saxlanmasına yönəlmiş başlanğıc və əsas hissədir. İsinmə hərəkətini səylə və düzgün icrasına riayət etmək lazımdır. Bilin ki, hər kəs bunu özü üçün edir, həm öyrənən tələbə və həm də öyrədən tələbə.
Birliyə riayət etmək lazımdır, nə özünə, nə də başqasına qruplaşmaya imkan verməmək. Qruplaşmalar cəmiyyəti korlayır və bu, Aiki və təbiət qanunlarına ziddir.
“Təlim keçən tələbə” adı uğur göstəricisi deyil. Bu, generalın özünü əsgər hesab etməsidir. Deyir: “Mən əsgərəm!”. Özünü əsgər hesab edən general Döyüşçüdür. Əgər o əsgərdirsə, deməli, fəal və yaşayan Döyüşçüdür və xidmətdədir. Bunu nə general, nə də əsgər unutmamalıdır. İnsan tələbə qalanda pisləşmir və yoldan çıxmır.
Hər gün tələbə kimi oyanmalısan.
Yolda uğurlar
F. Ələsgərov
|