Azərbaycanda Aikido Azərbaycan Aikido Federasiyası  (AAF)
RU | AZ
Əsl qələbə -
öz üzərində qələbədir
Müraciət
Qrupa yazılmaq üçün
Sual və müraciətləriniz
Məlumat
Federasiyaya üzvlük
Mərkəzin dərs cədvəli
Dərəcələrin verilməsi üçün göstərişlər
Əlaqə
Bakı şəh. AZ1072 Bala-əmi Dadaşov küç.24 (metro N.Nərimanov yaxınlığında)
(+99412) 5675895; Fax (+99412) 4476789;
(+99455) 6923643;
;
aikidao@yahoo.com
Federasiya
Məlumat siyahısına qayıd

AİKİDO VƏ QADIN


İN DÖYÜŞÇÜLƏRİNƏ ÖRNƏK

Qadın Təbiətdə zərif, incə, gözəllik rəmzi ilə bahəm həmçinin qoruyucu və ötürücü məxluq sayılır. Təsadüf deyil ki, qadına Təbiət tərəfindən Ana rolu həvalə olunub və insanın formalaşmasında və genetik proqramın insan bədəninə köçürülməsində əsas rol məhz qadına verilib. Təsadüfi deyil ki, zamanlar ərzində peyğəmbərlər qadınların qoruyucusu və onlara önəm verici qismində çıxış ediblər. Yaz ərəfəsində daimi həyat və sonsuzluq rəmzi kəsb edən 8 rəqəmi ilə Qadınlar gününün qeyd olunması da təsadüf sayılmır. Bu göstəricilər hamısı zərurətdən irəli gəlir.

Təbiətin yaşamı İN və YAN əks enerjilərin təmasından ibarətdir (gecə-gündüz, isti-soyuq, qadın-kişi). İN enerjisi qadına, YAN enerjisi isə kişiyə mənsubdur. Təbiətdə İN enerjisi YAN enerjisindən qüvvətli enerji kimi qəbul edilir. Lakin İN enerjisinin qüvvətli olmasına baxmayaraq zəif sferada (qadın cismində) yerləşmişdir. YAN enerjisi isə qüvvətli sferada (kişi bətnində) yerləşmişdir. Belə yerləşmə Təbiətdə balansı qoruyur. Əks halda balans pozular və həyat sönər. Təbiətdə olan bütün varlıqlar, o cümlədən qadın və kişi eyni vaciblikdə qəbul olunur və onlar biri-birindən yüksək ola bilməz. Təbiətin varlıqlarına qiymət verilməsinə və kimin kimdənsə üstün olması barəsində fikir söyləməsi haqqı heç kəsə verilməmişdir. İnsanlar kimdənsə üstün olmasına deyil, özləri özlərinə üstün gəlməsinə çalışmalıdırlar. Təbiətin çağırışı məhz budur.

İnsan dünyaya qadın və ya kişi cismində gəlir, böyüyür, yaşayır və dünyasını dəyişir. Bəs məqsəd nədir? Məqsəd insanın döyüşçü olmasıdır. Lakin müharibələr edən, insanları incidən, kiminsə üzərində qələbə çalan döyüşçü sayılmır. Döyüşçü olmaq insanın öz üzərində qələbə çalması və qələbələrin sayını artırmasıdır. Özü-özü ilə döyüşməyi bacarmaq, əsl döyüşçü olmaq deməkdir. Döyüşçü mövhumu nə yaşla, nə fiziki güclə, nə də ki, cinsi seçimlə fərqlənmir. Döyüşçü adi insandan ruhun əzəməti ilə fərqlənir.

Qadın cinsinin də həyatda döyüşçü olmaq “lisenziyası” var. Lakin o fiziki gücünün artırmasına çalışmamalıdır. Çalışsa belə nə əzələsini kişi əzələsindən çox böyüdə bilər, nə də fiziki qüvvəli ola bilər. Buna baxmayaraq qadında əzələnin yumşaq olması ona intuisiyanın və düşünmə qabiliyyətinin inkişaf etdirməsinə yol açır. Qadın böyük qüvvəyə malikdir və bu qüvvə onda yatır. Onu işlətmək bacarığını əldə edə bilsə, kişi qüvvəsindən qat-qat güclü ola bilər. Çünki əzələ gücü İN enerjisi qarşısında çox-çox zəifdir. İN enerjisindən istifadə etmək üçün daxili varlıqla xarici varlığı harmoniyaya gətirmək və inkişaf etdirmək lazımdır. Hər kəsin, qadın və kişi cinsinin, inkişaf üçün öz yolu var. Yolları bilmək və həmin yollarla inkişaf etmək lazımdır.

Məsləhətim budur ki, şüurumuzda olan neqativ fikirləri çıxarıb, pozitiv fikirlərlə əvəz edəsiniz. Düşmənlərinizdən qisas almadan, onları bağışlayın, səhvi həmişə özünüzdə axtarın, insanlara qarşı mərhəmətli və xeyirxah olun. Çalışın ki, başqalarının sizə qarşı olan səhv hərəkətlərinə bəraət qazandırasınız.

Döyüşçü Yolunda Sizə Uğurlar!
Fərhad Ələsgərov

© 2014 Azərbaycan Aikido Federasiyası. Bütün hüquqlar qorunur. Sayt 8 yaşdan yuxarı istifadəçilər üçün nəzərdə tutulub.(8+). Dizayn və təkmilləşdirmə SiteMan.az