Azərbaycanda Aikido Azərbaycan Aikido Federasiyası  (AAF)
RU | AZ
Əsl qələbə -
öz üzərində qələbədir
Müraciət
Qrupa yazılmaq üçün
Sual və müraciətləriniz
Məlumat
Federasiyaya üzvlük
Mərkəzin dərs cədvəli
Dərəcələrin verilməsi üçün göstərişlər
Əlaqə
Bakı şəh. AZ1072 Bala-əmi Dadaşov küç.24 (metro N.Nərimanov yaxınlığında)
(+99412) 5675895; Fax (+99412) 4476789;
(+99455) 6923643;
;
aikidao@yahoo.com
Federasiya
Məlumat siyahısına qayıd

GÖY

Göy

Göy planetimizin üstündəki boşluqdur. Üstümüzdə görünməz sonsuzluğa qədər uzanır. Yer kürəsini səma sferası qabıq kimi bürüyüb və bizi hər cür zərərli kosmik təsirlərdən qoruyaraq, yaşamaq üçün bizə şərait yaradır. Sfera lampa kolbası kimi, günəş işığını seyrəldərək, yer üzünü işıqlandırır. Bizi günəş radiasiyasından qoruyur və kosmik soyuqdan izolyasiya edir. Planetimizin sferasından kənarda Kosmosdur. Kosmos bizim üçün tamlıqla görünməz və dərk olunmaz bir məkandır. O, sonsuzluq içində sonsuzluqdur. Orada saysız-hesabsız ulduzlar, planetlər və digər göy cisimləri var. Orada vakuum, həmçinin zülmət və işıq da var. Orada enerji və hərəkət, səs və sükut, başlanğıc və son var. Kosmos qüsursuzdur və harmoniya qanunu ilə yaşayır.

Yerin sferasında qazlardan, minerallardan, sudan və bitki örtüyündən buxarlanma hava və bulud şəklində toplanır. Məhz bu buxarlanma sayəsində nəfəs aldığımız və təmasda olduğumuz havanı alırıq. Hava bizim orqanizmimiz üçün ən vacib qidadır. Onsuz cəmi 3 dəqiqə yaşaya bilərik. Nəfəs aldığımız şey bədənimizin ehtiyac duyduğu müxtəlif qaz komponentlərindən ibarət hava qarışığından ibarətdir. Bilindiyi kimi, hava əsasən azotdan (78%) və oksigendən (21%), həmçinin bir neçə digər qarışıq qaz komponentlərindən (1%) ibarətdir. Əgər ən azı bir komponent çatışmazsa və ya əskik və ya artıq olarsa, o zaman biz narahatlıq hissi keçirəcəyik, bu da xəstəliyə və həyatın sona çatmasına səbəb olacaqdır. Amma harmoniya qanunları sağlam və sakit insanın orqanizmini havanın dəyişmiş tərkibinə uyğunlaşdıraraq normal vəziyyətə gətirə bilər. Lakin qaz dəyişkənliyinin yeni tərkibinə öyrəşməyimiz üçün çox vaxt lazımdır. Görə bilmədiyimiz və toxuna bilmədiyimiz hava, boy, çəki, skelet quruluşu və ömür uzunluğu da daxil olmaqla, yer üzündəki bütün prosesləri tənzimləyir. Hava yer üzündəki ən qiymətli varlıqdır.

Səmada toplanan buludlardan yağan yağışlar sayəsində isə, bütün bitki örtüyü və canlı orqanizmlər, həmçinin təbiət suyu qida maddəsi kimi qəbul edir. Bu o deməkdir ki, səma bədənimiz üçün lazım olan qida maddələrinin toplayıcısı və qoruyucusudur. Buna görə də biz ona minnətdar olmalıyıq. Göy sfera şəklində başımızın üstündədir və çətir kimi bizi günəşin istisindən qoruyur. O həmçinin bizi yedizdirir və içizdirir, bizi çimizdirir, sərinləyir və isindirir, bizim üçün yaşayış şəraiti yaradır və yaşadığımız Yer kürəsini qoruyur. Bu, sadəcə olaraq böyük bir sərvətdir.

İndiki sferanın təkamülü, mahiyyət etibarilə, bizim həyatımızın təkamül tarixidir. Həyat planeti əsaslı şəkildə dəyişdirə bilər, ətraf mühit həyata təsir etdiyi kimi, həyat da ətraf mühitə təsir edir. Biz özümüzə qayğı göstərdiyimiz kimi, planetimizin səmavi sferasına da qayğı göstərməliyik. Sferada hər hansı bir dəlik və ya çirklənmə baş verərsə, bu, bizdə əks olunur. Lakin səmada hər şey özünü təmizləmək və bərpa etmək, özünü tarazlığa gətirmək gücünə malikdir. Əgər biz daha tez-tez səmanı çirkləndirib zəhərləsək, o zaman yer sonda narahat olacaq və silkələnəcək, bu da hava kataklizmləri, zəlzələlər və vulkanlar şəklində özünü göstərəcək. Bundan insanlar və bütün canlı orqanizmlər ziyan görəcəklər. Təbiətimizin tarazlığını pozmağa davam etsək isə, bundan heç kim xilas olmayacaq.

Səmamız tamamilə unikaldır və onun bənzəri hələ heç bir planetdə aşkar edilməyib. Bu səma sferası ümumi göy və bütün Kainatla əlaqədədir, ona məlumat verir və öz aləmindəki həyatlar üçün enerjili qüvvə ilə bəhrələnir. Lakin insanlar sənayeni inkişaf etdirməklə yer sferasının vəziyyətinə təsir göstərmiş, zəhərli birləşmələr buraxaraq atmosferi çirkləndirmişdir. Ancaq səmamız düşündüyünüz qədər kövrək olmasa da, yer kürəmizi yaşayış üçün yararsız edə bilər. Yer üzündə həyatın yaranması üçün, yer sferasının uzun və mürəkkəb inkişaf yolu lazım idi ki, planetimizdə həyatın yaşaya bilməsinə şərait yaransın. Lakin buna baxmayaraq, hələ yerin səma sferasının tarixi həm təbii, həm də insan təsiri altında dəyişməyə davam edəcək. Biz özümüzə diqqət yetirməliyik, yer üzündəki səmada etdiyimiz dəyişikliklər haqqında düşünməliyik. Səmamız qiymətsizdir, bunu unutmayın.

Biz göylər kimiyik və onun qanunlarına uyğun yaşamalıyıq. Biz mikrokosmosuq və bizdəki həyat da orada olduğu kimi enerji, hərəkət, səs və sükut, işıq və qaranlıq, başlanğıc və sonluqla müşayiət olunur. Biz harmoniya biliklərinə can atmadığımız üçün həyatımızı cəhalət içində, yəni qaranlıqda, yalnız maddi sərvətləri düşünərək, mənəvi yüksəlişi unudaraq yaşayırıq. Harmoniyanın pozulması bizi çətinliklərə, dağıntılara, stresslərə, xəstəliklərə və tez ölümə aparır. Səmavi harmoniya qanunları həyatımızda, bütün hərəkətlərimizdə və düşüncələrimizdə mövcud olmalıdır. Balansın pozulması göylər ilə əlaqəni kəsir. Belə olan halda biz, sanki işləməyən əyləclərlə dayanmadan problemlərə doğru aşağı yuvarlanırıq. Əlaqə kəsiləndə göylərdən qurtuluş olmur. Həyatımız taleyin özbaşınalığından asılı olur, yəni, həyatı yaşayarkən yığılan yaxşı və pis əməllərdən. Bilin ki, yığılan bütün yaxşı və pis üçqat geri qayıdır, əgər sizə olmasa da, mütləq gələcək nəsillərinizə.

Göy maddi deyil, o ruhi varlıqdır, lakin daxilində maddi elementləri də var. Əgər biz mikrokosmosuqsa, bədənimizdə ruh deyilən ruhani bir şey də var. Ruhumuz göyün bir zərrəciyidir və onun enerjisi olmadan həyat olmaz. Ruh böyük ruhla beyin vasitəsilə bağlıdır. Beyin düşünə, qavraya, idarə edə, hərəkət etdirə bilir və ümumiyyətlə, insan həyatına cavabdehdir. Nəyin doğru və nəyin yanlış olduğunu ayırd edir. Beyin düşüncə vasitəsilə zehnin enerjisini yaradır. İnsan zehni dalğaları qəbul etmək və ötürmək üçün tənzimlənmiş bir növ radiostansiyadır. İnsanlar düşüncələri ilə ətrafdakı məkanı ya sülh və harmoniya, ya da qəzəb və nifrətlə doldurmağa qadirdirlər. Düşüncələrimiz heç yerə yoxa çıxmır. Onlar havaya yayılırlar, bu da, təkcə hər kəsin taleyinə deyil, həm də planetin gələcəyinə təsir göstərir. Düzgün və ziddiyyətli olmayan fikirlər sferaya, saf olanlar isə daha da Kosmosa irəliləyir. Şüurumuzun saflığı ilə dalğaya düzgün köklənsək, Kosmosun özündən hikmət götürə bilərik. Unutmayın ki, bizim də içimizdə göyün bir parçası var. Biz ondanıq və ona da qayıdırıq - maddi olanı maddiyə, ruh olanı ruha qovuşur.

Göy hər şeyə hərəkət və həyat verən enerji məkanıdır.

Fərhad Ələsgərov

© 2014 Azərbaycan Aikido Federasiyası. Bütün hüquqlar qorunur. Sayt 8 yaşdan yuxarı istifadəçilər üçün nəzərdə tutulub.(8+). Dizayn və təkmilləşdirmə SiteMan.az