Azərbaycanda Aikido Azərbaycan Aikido Federasiyası  (AAF)
RU | AZ
Əsl qələbə -
öz üzərində qələbədir
Müraciət
Qrupa yazılmaq üçün
Sual və müraciətləriniz
Məlumat
Federasiyaya üzvlük
Mərkəzin dərs cədvəli
Dərəcələrin verilməsi üçün göstərişlər
Əlaqə
Bakı şəh. AZ1072 Bala-əmi Dadaşov küç.24 (metro N.Nərimanov yaxınlığında)
(+99412) 5675895; Fax (+99412) 4476789;
(+99455) 6923643;
;
aikidao@yahoo.com
Federasiya
Məlumat siyahısına qayıd

YER

Yer

Yer canlı planetdir, canlı varlıqdır, Kosmosla əlaqəsi var, hərəkət edir, pulsasiya edir və böyüyür. O, nəfəs alır, su və minerallarla qidalanır, ahəngdar yaşayır. Onun ətrafındakı bütüün iqlim bu planetin həyatı üçün yaradılmışdır, biz insanlar və bütün canlılar isə bu iqlimə uyğunlaşmışıq. Onun həyatı, doğluşu və sonu kosmik bir anlayışdır və bütün bunlar bizim təsəvvür edə bilmədiyimiz həyat formalarıdır. O, bizim kimi, Kainatın övladıdır və ahəngdar şəkildə mövcud olan bədənə malikdir, yalnız fərqli bir quruluşdadır. Bədənindən əlavə, onun öz ruhu, enerjisi və maqnit sahəsi şəklində aurası var. Yer Günəş sisteminin evində yaşayır. Günəş, valideyin övladını qoruduğu kimi, öz enerjisi ilə onu dəstəkləyir və qoruyur.

Bütün bunlar onu göstərir ki, Yer kürəsi canlıdır və buna görə də onun üzərində həyat var, necəki bizim bədənimizdə də mikroorqanizmlərin həyatı mövcuddur. Bədənimiz yaşadığı dövrdə malik olduğu elementlər Yerdən götürülür. Yerdə və onun ətrafında olan hər şey - kimyəvi və mineral tərkibli torpaq, su və mayelər, qazlar və hava, istilik və soyuq, həmçinin həyat üçün enerji, bunların hamısı bütün canlı orqanizmlərdə də var. Yerin özü Günəş evində Kosmosun enerjisinin xeyir-duası ilə yaradılmışdır. Günəşin istisindən Yer kürəsində uzun müddət yanan od, onu əbədi alovu ilə canlandırdı. Sonra odlu Yerə göylər su bəxş etdi. Nəticədə yaranan hava Yeri soyutdu və bütün əzəməti ilə möhtəşəm dünyanı meydana gətirdi. Yer yarandı və onun üzərindəki bütün canlıları doğurdu. Bütün canlılar yerin içində və üzündə olanlarla qidalanır və ömrünün sonunda yenidən onun tozunun bir hissəsinə çevrilir. Yeni doğulmuş orqanizmlər bu tozun üzərində gəzir və bu tozdan yetişən bitkilərlə qidalanırlar. Qidalanma böyümə və inkişafı, həmçinin gələcək yeni doğuşlar üçün hüceyrələri formalaşdırır. Yerin hədiyyələri ilə qidalanaraq, insan özünə başqa, keçmiş orqanizmlərin genlərini alır. Bundan da müəyyən bir xarakter, duyğular, xəstəlik və ya sağlamlıq yaranır. Ona görə də biz cürbəcür şeylərlə qidalandığımız və yaşadığımız Yer kürəsini, bitkiləri, heyvanları narahat etməməliyik. Yer sevginin bəhrəsidir və sevgi ilə bizə həyat verir.

Biz onun bədənində bir həyat forması olaraq çox, çox kiçik varlıqlarıq, necəki bədənimizdə çoxlu mikro canlılar olduğu kimi. Bədənimizdə yaşayan mikroblar bədənimizi qoruyur və orada tarazlığı saxlayır. Amma orqanizmlə mikroblar arasında tarazlıq pozulduqda insanda xəstəliklər yaranır. Həmçinin biz Yerə də çox zərər vururuqsa o xəstələnə bilər və ya qızdırması qalxa bilər yaxud da hətta asqıra bilər. Yerin bu kiçik və müvəqqəti xəstəliyi bizim üçün kataklizm və fəlakətdir.

Biz yaşadığımız planetimizin qayğısına qalmalıyıq. Yer bizim evimizdir, burada bizim üçün əlverişli atmosfer və nəfəs aldığımız təmiz hava yaradıblar, bizə qida və su verirlər, isidirlər, sərinləşdirirlər və bütün maddi nemətləri verirlər. Biz ona ana deyirik, amma eyni zamanda onu çox narahat edirik, havasını, torpağını zəhərləyirik. Təbii ki, biz ona nə ediriksə, o, bizdən çox incimir, sanki bədənimizin xəstə sakinləri bizi narahat edir. Nəzərə almalıyıq ki, insanın həyatı başa çatdıqda bütün mikroorqanizmlər onun bədənindən yox olur. Lakin bütün bunları başa düşmədən özümüz özümüzü narahat etməyə başlayırıq və tədricən bütün bəşəriyyətin məhvini hazırlayırıq.

Amma həyat həm daxildə həm xaricdə ahəngdar şəkildə axmalıdır ki, özümüzə və həmdə təmasda olduğumuz təbiətlə sakit və sağlam həyat təmin edək. O ki, qaldı deyirik ki, Yeri istixana qazlarından, ozon dəliklərindən və ya Yerin asteroidlərlə və ya digər kosmik obyektlərlə toqquşmasından qorumalıyıq, bu barədə narahat olmağa dəyməz. Gələcəkdə olacaqlar haqqında məlumatdan yaranan qorxu hissi insanı daha tez və real öldürür, nəinki planetin kataklizmləri. Kosmosda hər şey ahəngdardır və onun himayəsindədir. İstixanalar, dəliklər və ya cisimlər haqqında deyilənlər isə planetin həyatı ilə bağlıdır, bu sanki qabarma və çəkilmə, böyümə, əlaqə və inkişaf kimidir. Buna görə də özünüz haqqında düşünün və öz üzərinizdə işləyin ki, saf və aydın şüur əldə edəsiniz.

Kosmik vaxt Yer vaxtından fərqlidir, necəki insan ömrünün vaxtı bakteriyaların ömrünün vaxtından fərqli olduğu kimi. Mikroblarda ömür və çoxalma müddəti bizdə dəqiqələr və saatlar sürür, həşəratların ömrü bizdə həftələr və aylardı. Bitkilərdə və ağaclarda başqa, Kosmik cisimlərin mövcudluğu isə tamamilə fərqli bir müddətdir. İnsanın ömrünün uzun olması onun balanslı, sağlam orqanizmindən, eləcə də ətraf mühitin tarazlığından asılıdır. Ekologiya pisləşəndə isə təbiətdəki balanssızlıq səbəbindən Yer gərginləşir. Səthin hərbi və tikinti təsirlərinə məruz qalması, tullantılarla torpağın və havanın zəhərlənməsi, bütün bunlar sağlamlığımıza təsir edir. Hətta belə bir mühit olarsa belə, daxili rahatlıq tarazlığını qoruyub saxlayaraq, uzunömürlülük əldə etmək olar. Axı uzunömürlülük yaşdan deyil, nə qədər sağlam və xoşbəxt həyat sürməyimizdən asılıdır.

İnsan planetdəki qlobal iqlim dəyişikliyinə süni təsir göstərə bilməz. Onlar həmçinin Yerdəki həyatı məhv edə və onun davamlı təkamülünü dayandıra bilməzlər. Özlərini məhv etsələr belə, mikroorqanizmləri məhv edə bilməyəcəklər. İnsan kosmik yaradılış və onun qanunları ilə müqayisədə heç nədir. Biz Yer kürəsinə təşəkkürlü olmalıyıq ki, təbiəti, bitki örtüyü və canlı aləmi ilə bizə sevinc bəxş edir. Öz resurslarından və hədiyyələrindən istifadə etmək imkanı yaradır. Lakin bütün bunlar həddini aşmamalıdır, tarazlıq və harmoniya pozulmamalıdır. Bizə həyat və nemət bəxş edən bütün ətraf mühitin qayğısına qalmalıyıq. Unutmamalıyıq ki, biz əbədi yaşamırıq, müvəqqəti olaraq burada qonağıq və özümüzlə heç nə götürə bilməyəcəyik.

Bütün canlılar Yerdəndir və Yerə də qayıdır.
Hər bir insan üçün Yer vətən adlanır.
Ey Ana Yer, bütün anaların anası,
Sənin şərəfin əsl oğullarnan qorunur.


Fərhad Ələsgərov

© 2014 Azərbaycan Aikido Federasiyası. Bütün hüquqlar qorunur. Sayt 8 yaşdan yuxarı istifadəçilər üçün nəzərdə tutulub.(8+). Dizayn və təkmilləşdirmə SiteMan.az