İLAHİ DÖYÜŞÇÜ
İlahi döyüşçü müqəddəs qılıncı ilə,
şəri uzaqlaşdırır və ədaləti bərpa edir,
bəşəriyyəti qoruyur və ruhlandırır.
Döyüşçü ən böyük maneəni dəf etməlidir və bu maneə minlərlə ordu deyil, yalnız onun özüdür. Beynində onu ağırlaşdırıb aşağı çəkən heç bir yük olmamalıdır. Bu yük təkcə qorxu deyil, həm də onunla əlaqəli köklər də ola bilər. Qorxunu aradan qaldırmaq və kökləri isə budamaq lazımdır ki, məqsədə çatmaq mümkün olsun. Məhz bu vəziyyətdə onun sənəti kamilləşir və tam şöhrətinə çatır. Bir döyüşçü kimi yaşamaq lazımdır, müqəddəs həyatı qorumaq üçün, özünə qalib gəlmək və yaşamaq. Yalnız bu yolla insan bütün istək və bağlılıqlardan azad ola bilər. Artıq onu hakimiyyət və var-dövlət maraqlandırmayacaq. Döyüşçü üçün zənginlik anlayışı son dərəcə məhduddur. Döyüşçü özünə hakim olmalı, ürəyi ilə deyil, ağlı ilə düşünməli, öz üzərində işləməli və özündən üstün olmalıdır. Döyüşçünün vəzifəsi qorxuya qalib gəlməkdir. Döyüşçü şübhələri və qorxuları tərk etməlidir, çünki Rəbb onun zirehidir və Rəbb onunla olduqda, heç kim onun qarşısında dayana bilməz.
Pul müasir dünyada müharibə silahına çevrilib. Döyüşçülər qaranlıq qüvvələrə tabe olmamalıdırlar. Əsl döyüşçü qatil olmamalıdır, baxmayaraq ki, o, müqəddəs bir döyüşçü andı içmişdir. Hər hansı bir döyüşçünün məqsədi itaət etmək deyil, müdafiə etmək üçün xidmət etməkdir. Döyüşçü ləyaqətlə qalib gəlir və öz kamilliyindən başqalarının xeyrinə istifadə edir, zəifləri və acizləri qoruyur. Mülki insanları öldürmək döyüşçü üçün ən böyük rüsvayçılıq sayılır. Döyüşçü təmiz qəlbli olmalıdır. Döyüşçünün yolu özünü fəda etmək yoludur. Belə inanılmaz döyüşçü saf ilhamın təcəssümüdür və bir cəsur ruhun çoxlarına necə təsir edə biləcəyinin nümunəsidir. Minlərlə insan bu işıq döyüşçüsünün yolunu açmaq və dünyanı xilas etmək üçün canlarını fəda edir. Döyüşçüyə miras olaraq mülk yox, dünyaya azadlıq bəxş etmək borcu saxlayırlar. Əvvəl axır hər bir döyüşçü əcdadlarının yanına əbədi dincliyə gedir. Döyüşçünün xatirəsi əbədi olaraq qalır. Biz onların ruhlarını həmişə uca tutmalıyıq və heç vaxt unutmamalıyıq.
Zaman - döyüşçünün yoludur. Döyüşçü təkcə zamanı və gələcəyi deyil, həmçinin həyatı və ölümü necə idarə etməyi də bilir. Döyüşçü gələcəklə qarşılaşmaq üçün daim məşq edir və özünü döyüşə hazırlayır. İstedadlı döyüşçüyə müəllim lazım deyil, o, vaxtını və səyini məşqə sərf edərək, təkbaşına öyrənir və hamı ilə birlikdə sınaqdan keçir. Döyüşçü öz bacarıqlarını güc tətbiq etmədən və narahatlıq əlamətləri olmadan göstərir. Döyüşçünün zehni bədənindən daha çox təlimə ehtiyac duyur. Çünki, döyüşçünün əsas silahı onun daxili gücüdür. Döyüşçünün silahının da daxili gücü olmalıdır. Buna görə də qılınc döyüşçünün əlində deyil, onun daxilində kök salmalıdır. Döyüşçü üçün vacib olan silah deyil, sarsılmaz cəsarətdir, vacib olan ordu deyil, cəsur olmaqdır. Kimə ki, məğlubiyyət qorxulu deyil, ona qələbə özünü lütf edir. Döyüşdə qalib gəlmək üçün yalnız döyüşçü ruhunun gücü vacibdir, zadəganlıq qanı deyil. Əsl döyüşçü hətta məğlubiyyəti də qələbəyə çevirir.
Əgər döyüşçü şərəfin nə olduğunu bilmirsə, deməli, o, döyüşçü deyil. Döyüşçü xidmətini şərəflə və ləyaqətlə edir. Şərəfli döyüşçü sədaqətinə və fədakarlığına görə qiymətləndirilir. Onun imzası güc və sədaqətdir. Əsl döyüşçü həmişə dürüst və verdiyi vədlərə sadiqdir. Həqiqəti dinləməyi bacarmayan və onu deyəni müdafiə edə bilməyən insanın döyüşçü adlandırılmağa haqqı yoxdur. Həqiqət onun üçün müqəddəsdir və o, həmişə dürüstlüyə, ədalətə və şərəfə əməl edir. O, öz nüfuzuna dəyər verir və əxlaqi prinsiplərlə yaşayır. Döyüşçü üçün hiyləgərlik, yaltaqlıq, qulluqçuluq və özünü aşağılamaq yaddır. Döyüşçü heç vaxt hər kəsin qarşısında baş əyməz, xüsusən də düşmən qarşısında. Döyüşçü zahidlərin, ağsaqqalların və cəsur adamların qarşısında baş əyir. Döyüşçü özünə hakim olmalı və özünənəzarəti itirməməlidir. Döyüşçünün bacarıqları nə qədər yüksəkdirsə, bir o qədər də ona arxadan hücumlar edirlər. Buna görə də, döyüşçü istənilən işdə ehtiyatlıdır, lazımsız risklər etmir və sayıqlığını itirmir. Döyüşçü üçün emosiyalardan daha təhlükəli bir şey yoxdur, yumor diqqəti yayındırır, qəzəb və kin isə düşmənlərin əlinə əsas verir. Döyüşçü vətənini və onu bəsləyəni unutmur, çünki ona verilən əlindən də alına bilər.
Döyüşçü kodeksinin qaydaları ondan ibarətdir ki, heç vaxt qadının və uşağın xətrinə dəyməmək. incitməməkdir. Döyüşçülər, qadınlara hörmət qoyulmayan yerdə olmazlar. Döyüşçü sadəcə döyüşçü deyil – o, ana, ata, qardaş, bacıdır, və bir nəfəri müdafiə etmək üçün, həyatını belı verməyə hazırdır. Müdafiə etmək üçün isə müdafiə bilikləri lazımdır və bu, istənilən ustanın bacarığının əsasını təşkil edir, həmçinin özünüzü necə müdafiə edəcəyinizi bilmədən də, hücum etmək olmaz. Döyüşçünün kamilliyə gedən yolu məğlubiyyətlərindən keçir, lakin buna baxmayaraq, əzmkarlıq və davamlı hərəkətlər sayəsində o, güclü və dəmir kimi möhkəm olur. O nə qədər çox həddlər keçirsə, bir o qədər də güclü olur. Həyatda daşa dəyib büdrəyənlər çox olur, amma yıxılıb tez ayağa qalxmağı bacaran əsl döyüşçüdür.
Əgər Rəbbə inanırsınızsa, onda Rəbbin döyüşçüsünə də inanın.
Fərhad Ələsgərov
|