Azərbaycanda Aikido Azərbaycan Aikido Federasiyası  (AAF)
RU | AZ
Əsl qələbə -
öz üzərində qələbədir
Müraciət
Qrupa yazılmaq üçün
Sual və müraciətləriniz
Məlumat
Federasiyaya üzvlük
Dərs cədvəli
Əlaqə
Bakı şəh. AZ1072 Bala-əmi Dadaşov küç.24 (m. N.Nərimanov yaxınlığında)
(+99412) 5675895; Fax (+99412) 4476789;
(+99455) 6923643;
;
aikidao@yahoo.com
Federasiya
Məlumat siyahısına qayıd

Aikido təlimindən nə əldə edirik?



1. Özünümüdafiə Bir və daha artıq nəfərlər tərəfindən olunan fiziki və psixoloji təzyiqlərdən özünümüdafiəni öyrədir.


2. Sağlamlığın bərpası Düzgün məşqlər nəticəsində ilk öncə sağlamlığın əsas göstəricisi olan onurğa sütunumuz əyriliklərdən və onurğa yırtığından azad olur.


3. Silahla və silaha qarşı işləmək bacarığı Silahdan müdafiə üsullarını öyrənən tələbə özünü kritik situasiyalarda daha əmin hiss edir.


4. Stresdən və gərginlikdən azad olmaq Gərgin iş rejiminin, tıxacların, informasiya bolluğunun nəticəsində yaranan stres və beyin gərginliyindən məşq zamanı azad olur və sakit yuxunu özümüz üçün təmin etmiş oluruq.


5. Güclü iradə Məşq zamanı özümüzə, hisslərimizə qalib gəlməyi öyrəndikcə, gündəlik həyatda da iradənizin necə gücləndiyinə xoş təcüblənəcəksiniz.


6. Düzgün nəfəsalma və meditasiya Bütün narahatlıqlardan azad olmaq və sadəcə düzgün nəfəs almaq! Bu mümkündür!


7. Nizam intizam Nizam intizamı olmayan özünü tərbiyə edə bilməz!


8. Mane olan komplekslərdən azad olmaq Utanclıq, özünəgüvənməmək və s. komplekslər həyatımızı çox halda korlayır. Bu komplekslərdən azad olduqca güzgüdə harmonik, hər kəslə ünsiyyət qura bilən, enerjili bir şəxsiyyət görəcəksiniz.


9. Gözəl bədən quruluşunun əldə edilməsi Gözəl bədən quruluşu sağlamlığımızın və aktivliyimizin vizit kartıdır!


10. Aktiv həyat tərzi və gümrahlıq Enerji dolu, aktiv, pozitiv və gümrah insanın ətrafında olmağını hər bir insan arzulayır!





© 2014 Azərbaycan Aikido Federasiyası. Bütün hüquqlar qorunur. Sayt 8 yaşdan yuxarı istifadəçilər üçün nəzərdə tutulub.(8+). Dizayn və təkmilləşdirmə SiteMan.az