Qınını bəyənməyən qılıncın hekayəsi...
Bir zamanlar qınında rahat yaşayan bir qılınc vardı. Qınında ona nə soyuq, nə isti, nə su, nə də nəmişlik təhlükəli idi. Zaman keçdi, günəşli gözəl bir gündə qılınc qınından çıxdı və....Günəşin parlaq şüaları altında bərq vurdu.
Qılınc öz parıltısına o qədər heyran olmuşdu ki, özünü dünyanın hökmdarı sayırdı. Birdən gözü qınına sataşdı....
-bu kimdir???
Bu qında necə qorunub saxlandığını bir anda unutdu!!!
MƏN!!!
Təkəbbür gözünü elə tutmuşdu ki, həmin gün qınını bazarda qəpik – quruşa satdı. Amma vaxt keçdi, havalar soyudu, qış gəldi, nəmişlik artdı və getdikcə qılınc parlaqlığını itirməyə başladı, tənhalığa məruz qaldı, paslandı və axırda torpağa qurşandı.
Beləliklə qılıncın aqibəti belə qurtardı.
Qınını satan qılıncın əhvalatından sonra, “satqın” sözü yarandı.