Azərbaycanda Aikido Azərbaycan Aikido Federasiyası  (AAF)
RU | AZ
Əsl qələbə -
öz üzərində qələbədir
Müraciət
Qrupa yazılmaq üçün
Sual və müraciətləriniz
Məlumat
Federasiyaya üzvlük
Mərkəzin dərs cədvəli
Əlaqə
Bakı şəh. AZ1072 Bala-əmi Dadaşov küç.24 (metro N.Nərimanov yaxınlığında)
(+99412) 5675895; Fax (+99412) 4476789;
(+99455) 6923643;
;
aikidao@yahoo.com
Federasiya
Məlumat siyahısına qayıd

NUR


Nur insanın sifətinin gözəl simada olmasıdır. Gözəl sima yəni gülər üzlülük, düşüncələrinin təmiz olması, niyyətlərinin saf olmasıdır. Insanın nuru poladı belə əridə bilər. Nurlu sifətin təsiredici xüsusiyyətləri var. Əhati mühitə təsir edir, daxili varlığa və sağlamlığa təsiri var. Nuru sifətdən çıxarıb yerinə kin, acığ, hirs, nəfsi zəif və s. maskalarını geyindikdə, insan müəyyən xəstəliklərə məruz qalır. Bir çox xəstəliklər də məhz bu səbəblərdən əmələ gəlir. Kin ürəyə və qaraciyərə, acıq ürək dalağ, hirs ürək beyin, nəfsi zəif ürək, cinsi zəiflik, mədə bağırsaq və s. xəstəliklərə tutulur. Ümumiyyətlə maddələr mübadiləsi pozulur, böyrəklərdə, öd kisəsində daşlar və duzlar yaranır. Hətta elmə tam məlum olmayan xərçəng və şəkər xəstəlikləri də məhz bu mənfi maskalar nəticəsində yaranır.

Insanın nurlu sifəti həmçinin bir gözün incisi kimi kənardan gələn mənfi enerjiləri və təsirləri kənarlaşdırır və qoruyucu xüsusiyyət kimi kənar təsirlərdən də goruyur. Nuranilik göstəriciləri: gülər gözlər, relaks, həzin söhbət, xoş sözlər və niyyətlər. Bu halda insanın şüuru təzələnir və saflaşır.

Belə həyat sürən insan çoxömürlü olur və sağlam olur. Insan öz bədənini tanımalı və sevərək onu qorumalıdır. Əlbətdə ki, seçim insanların əlindədir, nuranilik və ya şeytanilik. Şeytani əməllərdən və sifətdən uzaq olun. Nurani sifətdə olmaq məleykə cilddə olmaq kimidir. Necə ki məlеykənin nurdan yarandığı kimi. Məleykə insana yaxın olduğu kimi şeytan isə ona zidd gedən məxluqdur, deməli şüuruna, sağlamlığına təsir edərək müəyyən missiyasını yerinə yetirir.

Gülümsəyin, gözəl niyyətlər edin. Bədənini tanımaq və ona qulluq etmək, hissiyat orqanlarının üzərində daima çalışmaqdan irəli gəlir. Vaxtaşırı göz gözəlliyi seyr etməlidir, qulaq həzin səslər eşitməlidir, burun gül, meyvə və s. xoş ətirləri qoxumalıdır, ağız daddığını bilməlidir, hiss etməni bədəni müəyyən idman hərəkətləri ilə inkişaf etdirməli, şüuru hiss etməni isə meditasiyalarla tənzimləməli.

Nuranilik təmizlənmə deməkdir. Təmizlənmə peyğəmbərliyə aparan yoldur.

Fərhad Ələsgərov


© 2014 Azərbaycan Aikido Federasiyası. Bütün hüquqlar qorunur. Sayt 8 yaşdan yuxarı istifadəçilər üçün nəzərdə tutulub.(8+). Dizayn və təkmilləşdirmə SiteMan.az