“İnsan sağlamlığının əsas göstəricisi - uzunömürlülükdür”.
Sağlamlığa bir çox yollar aparır və onlardan biri də müəllimin nəzarəti altında düzgün məşqlərdən ibarət Aikido təlimidir. Aikido ilə məşğul olan şəxs sağlamlıq qaydalarına əməl etməzsə, o zaman hətta Aikido da xəstəlik torlarından xilas olmağa kömək etməyəcək. Aikido ilə məşğul olan insan artıq sağlam həyat yoluna qədəm qoyur. Aikido onurğa sütununu düzəldərək düzgün duruş inkişaf etdirir. Yumşaq düşmə texnikası insan bədənini masaj edir. Meditativ nəfəs vasitəsilə düzgün nəfəs almağı və daxili resurslarınızı idarə etməyi öyrədir. Əllər, dirsəklər və çiyin oynaqları nahiyyəsində istifadə edilən texniki fəndlər bu nahiyələrdə duzların yığılmasının qarşısını alır. Dizlər üzərində yerinə yetirilən məşqlər diz oynağında duzların, mineralların və "qumun" sorulmasına kömək edir, bud əzələlərini inkişaf etdirir, qanın bədənin bütün hissələrində daha aktiv dövriyyəsini məcbur edir. Bu sadə məşqlər sağlamlığa aparır və böyük sağlamlığın əsasını təşkil edir.
Qədim dövrlərdə deyərdilər: "Fəlakətdən xilas olmaq və ya problemi həll etmək istəyirsinizsə, onda onların həyatınızda görünməsinin qarşısını əvvəlcədən almaq daha yaxşıdır - o zaman çətinliklərdən qaçacaqsınız".
Bir xəstəliyi müalicə etmək, xəstəliklərdən qurtulmaq üçün onlara hazır olmaq və əvvəlcədən qarşısını almaq yaxşıdır. Bu gün çox tez-tez müşahidə edilir ki, insanlar xəstəliklərin qarşısının alınması prafilaktikası ilə məşğul olmaqdansa, bütün güclərini onlardan xilas olmasına yönəldirlər.
Sağlamlığınıza fikir vermək və güc toplamaq lazımdır, onda siz uzun ömür sürərək, ruhunuzu inkişaf etdirəcəksiniz. Fəlakət xırda şeylərdən yarandığı kimi, xəstəlik də ən xırda səhflərdən yaranır.
Yadınızda saxlayın ki, yaxşılıq sağlamlıqdır, pislik isə xəstəlikdir. İnsanlar düşünür ki, kiçik yaxşılıq fayda gətirmir və buna görə də yaxşılıq etmək istəmirlər. Onlara elə gəlir ki, kiçik bir pislikdən heç bir zərər olmayacaq və buna görə də özlərini islah etməyə çalışmırlar. Yaxşılığı damcı-damcı toplamasanız, böyük Sağlamlıq əldə etməyəcəksiniz. Qədim dövrlərdən bəri müdriklər ən xırda təfərrüatda belə yaxşılıq etməyə çalışırdılar. Ən kiçik bir səhvi yox idi ki, düzəltməsinlər və bunun məhz dərman olduğunu deyirdilər.
Sağlamlığın sirlərindən biri də düzgün qidalanmadır. Birincisi, yalnız aclıq hiss etdiyiniz zaman yeyin. Yemək yeyərkən yeməyi yaxşıca çeynəmək lazımdır. Su, çay və digər içkilər kiçik qurtumlarla içilməlidir. Çox uzun müddət ac qalmaq və sonra doyana qədər yemək çox zərərlidir. Az yeyin, amma tez-tez. Çox yemək ruha, uzun müddət yeməmək isə mədəyə zərər verir. Düzgün oruc tutmaq faydalı ola bilər, lakin xəstə insanlar üçün deyil.
Yeməkdə sərt ədviyyatlara və yağlı ətlərə aludə olmayın. Unutmayın ki, qida həyati enerjini gücləndirir və siz onu ciddi olaraq doğru zamanda qəbul etməlisiniz. Məsələn, idman hərəkətləri ilə məşğul olan şəxs üçün məşqdən bir saat əvvəl və sonra yemək qəti qadağandır, yuxudan 1-2 saat əvvəl və sonra yemək tövsiyə edilmir. Düzgün qida qəbulu qaydalarına əməl etsəniz, bədən yorğunluğu bilməyəcək, ruh ayıq və aktiv olacaq, xəstəliklər isə sizdən yan keçəcək.
Şərq reseptlərində deyildiyi kimi, yazda dalağı gücləndirmək üçün daha çox şirin və daha az turş yemək lazımdır. Yayda ağciyərlərə faydalı təsir göstərmək üçün daha az acı və daha çox büzücü yemək lazımdır. Payızda daha az büzücü və daha çox turş yemək lazımdır, çünki bu öd kisəsi üçün faydalıdır. Qışda daha az duzlu və daha çox acı yemək lazımdır - bu ürək üçün faydalıdır. Əsas bir şeyi bilmək lazımdır: biz yemək üçün yaşamırıq, yaşamaq üçün yeyirik.
Ancaq qidalanma ilə yanaşı, sağlamlığı möhkəmlətmək üçün özünüzə fikir verməlisiniz, yəni bədəninizə qayğı göstərməlisiniz və bəzi qaydalara əməl etməlisiniz. Məsələn, vaxtaşırı bədən və üzü masaj etmək lazımdır. Saçınızı da tez-tez daramalısınız. Gözləri ətrafa çevirmək gözlər üçün bir məşqdir. Üst və alt dişlər həmişə təmasda olmalıdır. Ağız bağlı olmalıdır ki, ağız qurumasın və nəm qalsın. Nəfəs yüngül olmalıdır və ürək isə sakit olmalıdır. Qamət həmişə düz olmalıdır. Qarnı vaxtaşırı sığallamaq lazımdır. Söhbətlərdə enerji sərf etməmək üçün lakonik olun. Dərinizin yumşaq və nəmli olmasını da unutmayın. Bu sadə qaydalara əməl etsəniz, özünüz üçün uzunmüddətli sağlamlığı təmin etmiş olarsınız.
Əhval-ruhiyyə də sağlamlıqda mühüm rol oynayır. Həmişə şən və yaxşı əhval-ruhiyyədə olmalı və daha tez-tez gülümsəməlisiniz. Mümkün qədər təbiəti, ayı, çiçəkləri və təbii ki, insanları seyr etməyə çalışın. Həmişə insanda yaxşı axtarın, ona yaxşılıq arzulayın və xeyirhaqlıqla cavab verin.
Əxlaqlı olun və Budo-döyüş sənəti ilə məşğul olan şəxsin davranış qaydalarına zidd olmayan insani keyfiyyətlərə əməl edin. Bir sözlə, Aikido öyrənmək üçün lazım olan hərəkətlər, məşqlər və zəruri prinsiplər, bunların hamısı sağlamlığa aparan yoldur.
Sağlamlığın sirrindən danışanda görürük ki, burada heç bir sirr yoxdur. Sağlamlığı qorumaq üçün sadəcə davranış qaydalarına riayət etmək lazımdır. Biz deyəndə ki, Aikido həyat tərzidir, o zaman o, yalnız sağlam həyat tərzindən söhbət gedir və bu sizin öz əlinizdədir, ona sahib olub-olmamaq sizin ixtiyarınızdadır.
“Aikido fəlsəfəsi” kitabından fraqment.
F.Ələsgərov
|