Azərbaycanda Aikido Azərbaycan Aikido Federasiyası  (AAF)
RU | AZ
Əsl qələbə -
öz üzərində qələbədir
Müraciət
Qrupa yazılmaq üçün
Sual və müraciətləriniz
Məlumat
Federasiyaya üzvlük
Mərkəzin dərs cədvəli
Əlaqə
Bakı şəh. AZ1072 Bala-əmi Dadaşov küç.24 (metro N.Nərimanov yaxınlığında)
(+99412) 5675895; Fax (+99412) 4476789;
(+99455) 6923643;
;
aikidao@yahoo.com
Federasiya
Məlumat siyahısına qayıd

TƏLƏBƏ LƏYAQƏTİ


Ləyaqət əlamətləri və ya göstəriciləri:

1. Əminlik
2. Sədaqət
3. Səmimiyyət
4. Təslim
5. Minnətdarlıq
6. Daimilik

Həqiqi təlim layiqli şagirdlərə ötürülür. Ustadı və şagirdi bir-birinə bağlayan ləyaqət telindən ötürülür. Əyani olaraq ötürülmür. Ürəkdən ürəyə ötürülür. Ötürücülük ləyaqət göstəriciliklərindən irəli gəlir.

Əminlik - iman və sədaqətdən irəli gəlir. Əminlik olmazsa, şübhə yaranacaq. Şübhə isə inkişafı dayandırır. Tələbə şübhə etməməlidir, çünki o, özü hələ usta deyil və Ustadı qiymətləndirə bilməz. Onun özünün hələ böyüməsi lazımdır.

Ustada sədaqət - özünə sədaqətli olmaq deməkdir. Sədaqət elə eliksirdir ki, bulanıq suyu təmizləyən və onu büllur kimi saf edir. Bu dürüstlük və doğruluqdur.

Səmimiyyət - açıqlıqdır. Ustad üçün həmişə açıq olun. Bu özünə inam hissidir.

Təslim - atanızı Ustadda görmək və ona layiqli “övlad” olmaqdır, yəni layiqli tələbə.

Minnətdarlıq - insanın etik və rituallı olmasının göstəricisidir. Minnətdar olmaq mədəni olmaq deməkdir. Heç vaxt təşəkkür etməyi unutmayın. Minnətdarlıq gizli formada deyil, aşkar və təmiz şəkildə həyata keçirilir. Hər şeyə görə şükür etməlisən. Bizə hər şeyi verən Allaha, bizi böyüdən valideynlərimizə şükür edirik. Dostlara, həmkarlara, yadlara, sizə ən kiçik bir addım atan hər kəsə təşəkkür edin. Müəllimlərinizə və Ustadınıza, sizə təlim verən bütün insanlara təşəkkür edin. Sizə kiçik görünən şeylərə görə təşəkkür edin. Minnətdarlıq hissi borcların qaytarılması hissidir. Borcu vaxtında qaytarmaq gözəldir.

Daimilik - sabitlik və dəyişməzlikdir. Bədən və ruh təlimimiz gündəlik olmalıdır. Ağıl üçün biliyin mənimsənilməsi hər saat olmalıdır. Biz hər zaman öz üzərimizdə işləməli və bunu unutmamalıyıq. Davranışlarımızda da sabitlik müşahidə edilməlidir.

Həmişə rituallı və etik olmalıyıq.
Daim minnətdar, təvazökar, səmimi, sadiq, sədaqətli olmağımız lazım. Davamlılıqda stabil olmalıyıq və bunu unutmamalıyıq.

Fərhad Ələsgərov

© 2014 Azərbaycan Aikido Federasiyası. Bütün hüquqlar qorunur. Sayt 8 yaşdan yuxarı istifadəçilər üçün nəzərdə tutulub.(8+). Dizayn və təkmilləşdirmə SiteMan.az