Azərbaycanda Aikido Azərbaycan Aikido Federasiyası  (AAF)
RU | AZ
Əsl qələbə -
öz üzərində qələbədir
Müraciət
Qrupa yazılmaq üçün
Sual və müraciətləriniz
Məlumat
Federasiyaya üzvlük
Mərkəzin dərs cədvəli
Əlaqə
Bakı şəh. AZ1072 Bala-əmi Dadaşov küç.24 (metro N.Nərimanov yaxınlığında)
(+99412) 5675895; Fax (+99412) 4476789;
(+99455) 6923643;
;
aikidao@yahoo.com
Federasiya
Məlumat siyahısına qayıd

DİETA

Dieta 21-ci əsrin dəbli mövzusuna çevrilib. Hamı qidalanmadan, qidadan danışmağa başladı. Həkimlər və dietoloqlar aktiv şəkildə ortaya çıxdılar. Onlar bizə müxtəlif qida pəhrizləri təklif etməyə başladılar. Müxtəlif ölkələrdə yerli "mütəxəssislər" tərəfindən pəhriz reseptləri və rasionları yaradılırdı və təklif olunurdu.
Aydınlıq üçün, yunan dilindən "Dieta" sözü - həyat tərzi, yəni düzgün bir həyat tərzi deməkdir.
Təbiət insana, doğulduğu andan, bədənin yaşaması üçün zəruri olan ilkin enerji ehtiyatı ilə "akkumulyator" bəxş edir. Sanki bir mağazadan istehsalçı tərəfindən enerji ilə doldurulmuş bir cihaz (fənər, telefon və s.) alırıq və sonra zaman-zaman enerji azaldıqca cihazın akkumulyatorunu doldururuq. Həmçinin, bədənimizə həyata davam etmək üçün bir qida enerjisi ehtiyatı da lazımdır. Bədənimiz torpaq, su və günəş qidasından enerji alır. Torpaq bizi minerallar, kimyəvi birləşmələr və yer üzündə böyüyən və yaşayan canlılarla qidalandırır. Bu, bədənimizin və orqanizmimizin böyüməsi və quruluşunun qorunması üçün lazımdır.
Su bizi, bədənimizin 3/4 hissəsinin ibarət olduğu, lazımi maye ilə təmin edir.
Yer üzündə yaşayan bütün canlılar günəşin istiliyi sayəsində böyüyür və yaşayırlar. Günəşin istiliyi olmadan həyat ola bilməz. Ancaq bədənimiz üçün əsas qidanı unutmamalıyıq və bu qida havadır. Bir müddət qida, su və istilik olmadan qala biliriksə, havasız bir dəqiqə belə qala bilmərik. Yəni bizim üçün əsas dieta düzgün nəfəs almaqdır. Biz düzgün nəfəslə doğuluruq, lakin zaman keçdikcə ekologiyanın pisləşməsi və düzgün olmayan fikirlərimiz nəfəsin pozulmasına gətirir. Ancaq şüur inkişaf etdikcə, düzgün nəfəsi bərpa edib onu idarə edə bilərik. Çünki nəfəs şüuru və bədəni sakitləşdirmək üçün lazımdır. Sakitlik və düzgün nəfəs, qidanın həzmi və bədəndəki mayenin aktivləşməsi üçün zəruri olan maddələr mübadiləsini təmin edir. Bu kiçik bir şey, bizim uzun və sağlam həyatamıza şərait yaradır. Bədənin sağlamlığını qorumaq üçün istirahət, yuxu, meditasiya, hərəkət və bədənin elastikliyi də önəmlidir.
İstirahət - iş günü ərzində hər saatda 45 dəqiqə işləyirik 15 dəqiqə istirahət edirik.
Yuxu - gün ərzində 7-8 saat. Ən yaxşı yuxu - gecə yuxusudur.
Qısa müddətli meditasiyada 10 dəfə nəfəs alıb nəfəs vermə kifayətdir ki, beynimiz "çirkli" düşüncələrdən təmizlənəcək və orqanizmin immuniteti daha güclü olacaq.
Hərəkət - Bədənin tonusunu artırmaq üçün gün ərzində daha çox gəzin.

Elastiklik - oynaqlarda, vətərlərdə və əzələlərdə elastikliyi inkişaf etdirmək və qorumaq lazımdır, bundan əlavə bədəninizi masaj edin. Bundan isə bədənin enerjisi yaranır və inkişaf edir.
Düzgün həyat tərzi ilə bədənimizin akkumulyatoru bizə uzun müddət xidmət edəcək və bununla biz özümüzə uzun və sağlam bir həyat təmin edəcəyik. Beləliklə, düzgün nəfəsi bərpa edin və əhval-ruhiyyə üçün nəfəs alın. Düzgün nəfəs sinə nəfəsi deyil, qarın nəfəsidir. Nəfəsiniz körpənin nəfəsi kimi olmalıdır. Kök insanlar qarınla təbii nəfəs ala bilmirlər. Çünki qarındakı gərginlik buna imkan vermir. Bu vəziyyətdə maddələr mübadiləsini aktivləşdirərək həzmi sürətləndirmək üçün şüurlu şəkildə məcburi nəfəs almaq lazımdır. Əlbəttə ki, bu yazılanlar bir çoxları üçün yenilik deyil, lakin bu məqalə düzgün yaşamaq istəyən bəzi insanlara kömək edə bilər. Hətta, bu elementar şeyləri bilənlərin çoxu, tənbəllikdən sağlamlıqlarını bərpa etmək üçün bunu tətbiq etmək gücünə sahib deyillər. Özünüz bunu tətbiq etmirsinizsə və sağlamlığınızı bərpa etmirsinizsə, bu haqqda çox danışmağa ehtiyac yoxdur. Son elmi araşdırmalara görə müəyyən edilib ki, bel çevrəsi kişilər üçün 88 sm-dən, qadınlar üçün 78 sm-dən çox olmamalıdır, daha çox olarsa, artıq ən azı 5 xəstəlik var.
Ən yaxşı dieta düzgün dietadır. Bu sevməyi bacarmaqdır, əgər kimisə sevə bilmirsinizsə, onda ona fikir verməyin. İnsanlara haqq qazandırın və onları bağışlayın. Yaxşılıq edin. Heç kimin xətirinə dəyməyin, təsadüfən kiminsə xətirinə dəymisinizsə, üzr istəyin. Kinli olmayın - bu yalnız sizin özünüzə zərər verir.
Qədərində yeyin və ərzaqları qarışdırmaqdan qorxmayın. Kiçik miqdarda, hətta zəhər belə zərərsizdir.
Səmimi və sadiq olun. Biliyi eşitdiyiniz və ya oxuduğunuzdan sonra onu mənimsəyərək özünüz üçün tətbiq etməlisiniz, sonra isə onu kimdən eşitdiyinizi və ya kimin dediyini qeyd edərək, başqalarına məsləhət görməlisiniz. Özün dadmamısansa, başqalarına necə məsləhət verə bilərsən. Sağlam həyat tərzi sürən insanın başqalarına məsləhət vermək və sağlamlıq haqqda danışmaq hüququ var.
Bundan əlavə, xəstə insanlardan məsləhət almaq tövsiyyə olunmur, hətta o insanlar həkim olsalar belə. Əgər biliyə maliksənsə və sağlamlıqla bağlı məsləhət vermək istəyirsənsə, əvvəlcə onu özün üçün tətbiq et, sonra isə digərləri ilə paylaş.
Beləliklə, sağlamlığa köklənmək üçün və yaxşı əhval-ruhiyyə üçün nəfəs alın.

Xoş arzularla,

Fərhad Ələsgərov

© 2014 Azərbaycan Aikido Federasiyası. Bütün hüquqlar qorunur. Sayt 8 yaşdan yuxarı istifadəçilər üçün nəzərdə tutulub.(8+). Dizayn və təkmilləşdirmə SiteMan.az