Azərbaycanda Aikido Azərbaycan Aikido Federasiyası  (AAF)
RU | AZ
Əsl qələbə -
öz üzərində qələbədir
Müraciət
Qrupa yazılmaq üçün
Sual və müraciətləriniz
Məlumat
Federasiyaya üzvlük
Mərkəzin dərs cədvəli
Əlaqə
Bakı şəh. AZ1072 Bala-əmi Dadaşov küç.24 (metro N.Nərimanov yaxınlığında)
(+99412) 5675895; Fax (+99412) 4476789;
(+99455) 6923643;
;
aikidao@yahoo.com
Federasiya
Məlumat siyahısına qayıd

NYUMON

Aikidonun texniki fəndlərini araşdırmadan öncə, hər kəsə aikidoya ilk başladığı vaxta qayıtmağı məsləhət görürəm. Təsəvvür edin ki, Siz indi onu öyrənməyə başlayırsınız.
Birinci nədən başlamaq lazımdır? Əsl Ustad tapmaq və onun şagirdi olmaq. Onun və sizin aranızda yaranmış əlaqə “nyumon” adlanır. “Nyu” “irimi” – “giriş” sözündə “iri” mənasını daşıyır; “mon” – “qapı” deməkdir. Beləliklə – “kandardan keçmək”. Bu o deməkdir ki, - şagird qismində qəbul olunmaq (yapon dilində “deşi iri”).
Şagird özünü “montei, monka, monjin” adlandırır:
Mon-tei – “mon” – “qapı”; “tei” – “kiçik qardaş”, kəndarı yenicə keçən.
Mon-ka – “mon” – “qapı”; “ka” – qapıdan içəridə olan.
Mon-jin – “mon” – “qapı”; “jin” – o kəs ki, kəndardan içəri girib.
Fikir verdiyiniz kimi, bu sözlərin hamısı “qapı” sözü ilə bağlıdır. Ustadın evinin qapısı, və daha geniş mənada, sənət, haqq məbədinin Qapısı. Beləliklə montei, monka, monjin ustadın evində təhsil alana deyilir, bu da onu göstərir ki, şagird Ustadın yanına gəlib.
Beləliklə, əgər Siz bilik almaq istəyirsinizsə, əvvəlcə Ustadın yanına gəlmək lazımdır, onun qapısını döymək, gözləmək ki, Sizə qapını açsınlar, kandardan keçmək (nyumon), və ondan sonra montei, monka, monjin olmaq.
“Kandardan keçmək” (nyumon) nə məna kəsb edir? Deyək ki, qapı var. Qapı və evin arasında – bağça, yol, ağaclar, güllər, məsafə. Evdə biri birinin ardınca vestibül, otaqlar, dəhlizlər, qonaq otağı yerləşir.
Bütün bunlarla demək istəyirəm ki, məqsədə çatmamışdan öncə, uzun yol getməliyik. Onu da qeyd etmək istəyirəm ki, qapı açıla da bilər, açılmaya da bilər: Ustadın qərarından asılıdır. Qapı açılarsa, Siz sadəcə vestibülə keçə bilirsiniz. Sizdə lazımi keyfiyyətlərin olub-olmamasını yalnız Ustad qərar verə bilər. Əgər onlar yoxdursa, Sizə qapını da göstərə bilər(monzen barai).
Bəlkə Siz fikirləşirsiz ki, belə münasibət demokratik deyil? Sadəcə, əgər şagirdə Ustad seçimində azadlıq verilibsə, Ustad da şagird seçimində o qədər azaddır. Min kilometr qət edib əsl Ustad tapmaq lazımdır. Əgər Siz birinci addımlarda səhv edəcəksinizsə, yəni düzgün olmayan yolla gedəcəksinizsə, sonra başlanğıca qayıtmaq daha çətin olacaq.
Əsl Ustadı necə tapmaq? Əvvəlcə onun necə insan olduğunu öyrənmək lazımdır. Aikido bədənə və şüura təsir edir, ona görə də əgər Ustad bütün yanaşmalarında təvəzökar, nöqsansız insandırsa, əgər onun üzü aydın və işıqlıdırsa, onda təlimlər də onun şəxsiyyətini əks etdirəcək. Vacib deyil ki, onun fəndləri çox gözəl, öyrətmək qabiliyyəti isə əla olsun. Onun təlimi ürəkdən gəlir, ona görə də o həyat vericidir və nailiyyətə aparır.
Başqa tərəfdən, eləsini tapmaq lazımdır ki, artıq “yolu gedir”, artıq uzun müddətdir ki, həm texniki, həm də ruhun inkişafı üzərində məşq edib və bundan böyük təcrübə əldə edib.
Üçüncüsü, nəyi nəzərə almaq lazımdır, bu odur ki, Ustad böyük cəzbedici qüvvəyə malik olmalıdır: o şagirdlərinə daha çox xeyirxah, ədalətli, diqqətli olmalıdır.
Dördüncüsü, nədən danışmaq istəyirəm, və xüsusilə vacib nədir, Ustad daima hər şeyi sıfırdan yeniləməlidir. Özünü “Dahi Ustad” sayan və özü üzərində artıq çalışmağa ehtiyac olmamasını düşünən kəsdən uzaq olmaq lazımdır.
Mən düşünürəm ki, pedaqoji təcrübəsi olmayan və texnikanı hələ mükəmməl göstərə bilməyən, amma hər gün yenilik açaraq və biliklərini dərinləşdirərək, öz üzərində işləyən gənc Ustad, özünə maraq oyatmağa layiqdir və ola bilsin ki, bu uzun təlim yolunu məhz onunla getmək lazımdır.
Sizin seçiminizdə məşq zalının müasirliyi və Sizin evinizdən yaxın məsafədə yerləşməsi, onun xoş xarici görünüşü və s. əsas sayılmasın. Maddi rahatlığdan uzaq olmaq lazımdır.
Axıracan getməyə iradə olmalıdır, əgər Siz həyat yolunu aikido ilə bağlamısınızsa. Əgər Siz təlimin çətinlikləri qarşısında dayanırsınızsa və ya darıxırsınızsa, yaxşı olar heç başlamayasınız.
Əvvəllər yapon məşq zallarında belə qəbul olunmuşdu, “kandardan keçən” (nyumon), Ustadı, təlim yolunu heç vaxt satmayacağına and içirdi və iltizamı qanı ilə imzalayırdı. İndi isə, nə vaxt ki, birinci dəfə Aikikaya gəlirlər, qanları ilə and içmirlər, amma Sizə cavabdeh olan iki zaminin olması vacibdir.
Beləliklə, yaxşı yol.

Nobuyoşi Tamura

© 2014 Azərbaycan Aikido Federasiyası. Bütün hüquqlar qorunur. Sayt 8 yaşdan yuxarı istifadəçilər üçün nəzərdə tutulub.(8+). Dizayn və təkmilləşdirmə SiteMan.az