Azərbaycanda Aikido Azərbaycan Aikido Federasiyası  (AAF)
RU | AZ
Əsl qələbə -
öz üzərində qələbədir
Müraciət
Qrupa yazılmaq üçün
Sual və müraciətləriniz
Məlumat
Federasiyaya üzvlük
Mərkəzin dərs cədvəli
Əlaqə
Bakı şəh. AZ1072 Bala-əmi Dadaşov küç.24 (metro N.Nərimanov yaxınlığında)
(+99412) 5675895; Fax (+99412) 4476789;
(+99455) 6923643;
;
aikidao@yahoo.com
Federasiya
Məlumat siyahısına qayıd

YENİ İLİNİZ MÜBARƏK!


Yeni iliniz mübarək!

Yeni il, yeni ay, yeni gün, yeni an,
yeni nəfəs, yeni fikir, yeni bilik, yeni baxış,
yeni sir, yeni addım, yeni qələbə - üzərimizdə.
Yeni – yəni hələ heç kimin, təmiz, bakirə, saf.
Həyatda əldə etdiyimiz hər bir fikir, bilik, bacarıq, bizim üçün yenilikdir - başqası üçün yeni olmasa belə. Onu əldə etmək üçün bətnimiz sağlam, fikrimiz təmiz, əməlimiz saf olmalıdır.
Yeniliyi də təmiz yerə yerləşdirmək lazım və ona yeni-yeni dostlar tapmaq lazım.
İnsanlar yeni doğum günündə, yeni təqvim ilində və başqa yeniliklərdə bir-birinə sağlamlıq, xöşbəxtlik və başqa xoşluqlar arzulayırlar. Amma bizdə düzgün həyat tərzi, düşüncə və əməl olmazsa nə bizə arzulananlar bizim ola bilər, nə də kiməsə arzuladığımız təbriklər çin olar və bunlar sözlərdən başqa bir şey olmaz. Ona görə də dəyişin, bu gündən bu andan dəyişin, yaxşılığa dəyişin.
Sağlam həyat tərzi və düzgün düşüncə olarsa, həm sağlamlıq və həm də xoşbəxtlik olar və başqasına etdiyimiz arzuların və təbriklərin də gücü olar.
Beləliklə Yeni ildə hər kəsə yeniləşmək arzulayıram!
Hər yeni gün yeni təmiz səhifə günüdür, ora nə yazsan o səninki olacaq.
Yeni İlimiz Mübarək!!!

Fərhad Ələsgərov

© 2014 Azərbaycan Aikido Federasiyası. Bütün hüquqlar qorunur. Sayt 8 yaşdan yuxarı istifadəçilər üçün nəzərdə tutulub.(8+). Dizayn və təkmilləşdirmə SiteMan.az