Aikido ilə məşğul olmaq insanı qorxu hissindən azad edir, bədənin enerji ehtiyatlarının, reaksiyasının, diqqətcillik və cəsarət hisslərinin təsəvvür etdiyimizdən qat-qat artıq olduğunu dərk etməyə imkan verir. İnsanın bacarığı təsəvvür edilməz dərəcədə geniş və çoxşaxəlidir. Aikido ilə məşğul olaraq siz gümrahlıq əldə edir, özünə inam, enerji və fikirlərlə bədənin harmoniyasına nail olursunuz.
|