Azərbaycanda Aikido Azərbaycan Aikido Federasiyası  (AAF)
RU | AZ
Əsl qələbə -
öz üzərində qələbədir
Müraciət
Qrupa yazılmaq üçün
Sual və müraciətləriniz
Cədvəl
Əlaqə
Bakı şəh. AZ1072 Bala-əmi Dadaşov küç. 24 (m. N.Nərimanov yaxınlığında)
(+99412) 5675895; Fax (+99412) 4476789; (+99455) 77193--;   (+99455) 6923643;
;
aikidao@yahoo.com
Federasiya
Nəşrlər siyahısına qayıtmaq

VƏZİFƏ

Nəşrin tarixi 09.07.2021
Bölüm Məqalə
Bölümaltı

Vəzifə
Vəzifə insanın qabiliyyətini qiymətləndirib və xidmətini nümayiş etdirməsi üçün ona etibar olunan, tapşırılan işdir. İnsan vəzifəyə gəldikdə nədənsə dəyişir. Üç gündən sonra öz qaydalarını qoymağa başlayır. Beş gündən sonra istəyir ki, hər kəs ona və qoyduğu qaydalara tabe olsun. İnsanlarla münasibəti sərtləşir və elə bil ki, bu insan dünənki insan deyil. Sanki başını itirir və hardan gəldiyini unudur.
Əslində bütün vəzifələrdə olan insanların işi insanlara xidmət etməkdən ibarətdir, istər dövlət rəhbəri olsun, istər müəllim. Hər hansı sənətdə və ya vəzifədə olaraq, insanlara xidmət göstərmək ən mötəbər iş sayılır. Vəzifədə olan şəxs xidmət göstərdiyini dərk etsə, heç vaxt özünü başqalarından yüksək tutmaz və qorxusu olmaz. Vəzifə onun üçün ona vəzifə verən insanın qarşısında etibar məsələsidir. Etibarda isə xəyanət olmaz, yalnız düzlük və sədaqətlik olar.
Dünyada ən şərəfli vəzifələrdən biri müəllimlikdir. Müəllim cəmiyyəti mənəvi və elmi cəhətdən inkişafa aparan, şəxsiyyətlər tərbiyə edən bir insandır. O, satılmır və alınmır, çoxlu qazanc əldə etməyi də düşünmür, o yalnız biliklərini artırır və əxlaqı ilə cəmiyyətə örnək olur. Müəllim verdiyi fənn və tədrislərdən asılı olmayaraq nümunəvi xidmətçi sayılır. O, insanlara xidmət göstərir və aldığı bilikləri əlavəsiz, olduğu kimi yeni gələnlərə ötürür.
Müəllim xidmət göstərdiyi tədris ocaqlarında ümumilikdə qaydalar eyni olur. Orada qarşılıqlı hörmət, ədəb-ərkan, əxlaqi keyfiyyətlər hökm sürür, qısqanclıq və dedi-qoduya yol verilməməlidir. Bu qaydaları müəllimlər qorumalıdır. Əks halda zahirdə gözəl görsənsə də daxildə boş olacaq. Tədris ocaqlarında hər cür xasiyyətli müəllim olur və xasiyyətlərinə görə də həyatda yerləri olur. Lakin müəllimin qiyməti onun xasiyyətində yox, onun əxlaqında və biliyində olur. Əxlaq və biliklər insana əzintilər və sıxıntılar bahasına əldə olunur. İnsan nə qədər yanarsa, o qədər də bütövləşər, aliləşər. Zahiri biliklər həqiqi biliklərlə əvəz olunar. Biliklər təşəkkürlüklə və halallıqla əldə olunur. Başqasına söylənildikdə və ya ötürüldükdə isə qaynaqlara istinad olunmalıdır. Belə olmadıqda əldə olunan bilik oğurluq sayılır. Belələrinə həyatda bilik oğruları deyirlər. Biliyi az, lakin çox qazanc əldə etmək istəyən müəllimlər çalışırlar ki, natamam olan biliyini kiməsə satsınlar. Qazanc əldə etmək üçün onlar özlərinə tələbə axtarırlar. Belələrinin həyatı onlarda tədris alan tələbələrin sayını hesablamaqdır. İstəyirlər ki, kənardan baxan insanlar desinlər ki, onun çoxlu tələbəsi var və düşünsünlər ki, o yaxşı müəllimdir. Tələbələrin sayını artırmaq üçün başqa yerlərdən tələbələri “oğurlayır”, cürbəcür vədlər verərək yanlarına çağırır. Çalışır ki, onları özü də bilmədiyi səhv yolla aparsın. Əsl müəllim belə etmir. O, yüksək biliklər axtarışında olur və məntiqsiz biliyi qəbul etmir. O, heç vaxt başqalarının tələbələrində gözü olmur və özünə cəlb etmir. Müəllim tələbə axtarışında olmur, tələbə müəllimi axtarır. Tələbə müəllimi seçdiyi kimi, müəllimdə də tələbəni qəbul edib etməmək səlahiyyəti var. Lakin insan tələbə olmağa hazır olanda isə müəllim də peyda ola bilir. İnsan üçün həyatda ən böyük və mötəbər vəzifə tələbə olmaqdır. Tələbə olmağın üçün isə müəllimin olmalıdır.

Müəllimliyin böyük pilləsi isə onun tələbə qalmasıdır.

Düzgün yolnan gedən insanı yalnız düzgün insan görə bilər. Düzgün insan yerindən və vəzifəsindən asılı olmayaraq həmişə düzgün qalır.

Fərhad Ələsgərov

© 2014 Azərbaycan Aikido Federasiyası. Bütün hüquqlar qorunur. Sayt 8 yaşdan yuxarı istifadəçilər üçün nəzərdə tutulub.(8+). Dizayn və təkmilləşdirmə SiteMan.az