Azərbaycanda Aikido Azərbaycan Aikido Federasiyası  (AAF)
RU | AZ
Əsl qələbə -
öz üzərində qələbədir
Müraciət
Qrupa yazılmaq üçün
Sual və müraciətləriniz
Məlumat
Federasiyaya üzvlük
Mərkəzin dərs cədvəli
Əlaqə
Bakı şəh. AZ1072 Bala-əmi Dadaşov küç.24 (metro N.Nərimanov yaxınlığında)
(+99412) 5675895; Fax (+99412) 4476789;
(+99455) 6923643;
;
aikidao@yahoo.com
Federasiya
Məlumat siyahısına qayıd

AİKİDO - NÖVƏ BÖLÜNMƏYƏN NÖV


AİKİDO döyüş sənəti XX əsrin ortalarında dahi ustad Morihei Ueşiba (1883-1969) tərəfindən Yaponiyada yaradılmışdır. O, məşğul olduğu müxtəlif döyüş sənətlərindən qaynaqlanaraq, yaratdığı Aikido təlimini insanın fiziki, şüuru və ruhu inkişafına və təbiət qanunlarının dərk edilməsinə yönəldir. Aikido-nun fəlsəfəsi kiminsə üzərində qələbə çalmaq deyil, insanın öz üzərində qələbəsidir. Aikido-da yarışlar keçirilmir və ənənəvi döyüş sənəti kimi təqdim olunur və buna görə də digər döyüş sənətlərindən fərqlənir.

Aikido-da istifadə olunan texnikalar həm yumşaq həm də sərt olur. Aikido döyüş növündə oynaqların mürəkkəb bloklanması ilə yanaşı yerə atmaq və bəndləmək texnikası da xarakterikdir. Aikido-da heç bir rəqabət yoxdur. Şüurun və bədənin inkişafına yönələn daimi məşqlər nəticəsində ustalığa çatmaq mümkündür.

Aikido-da yaş və cins məhdudiyyəti yoxdur. Hər bir insan Aikido ilə məşğul ola bilər. Bu rəqibin dinamik hücumundan və gücündən istifadə etmək bacarığından irəli gəlir. Morihey Ueşibanın yaratdığı sistemin əsasını daşıyan prinsiplərin xüsusiyyətləri Aikido-nu başqa döyüş növlərindən fərqləndirir.

«Aikido» sözünə hər hansı əlavələri Beynəlxalq Aikido Federasiyası qəbul etmir. Aikido ilə məşğul olan insan, o deməkdir ki, Morihey Ueşiba tərəfində yaradılan və bəşəriyyətə verilən növlə məşğul olur. Hər hansı sözün, məsələn “real-“ əlavə edilməsi, Morihey Ueşiba tərəfindən yaradılmış növə aidiyyatı yoxdur və əksinə böyük populyarlıq qazanmış Aikido adından istifadə edilməsi deməkdir.

Bizim fikrimizcə hər hansı döyüş növünün reallığı, istər boks, judo, karate, taekvondo və ya başqa olsun, bu insanın təcrübəsindən, dərəcəsindən, ciddi yanaşmasından və əməksevərliyindən irəli gəlir. Belə yanaşma olmasa heç bir növ real ola bilməz, və əksinə hər hansı növ yuxarıdakı yanaşmadan irəli gələrək real ola bilər.

Ustalıq döyüş meydanında və ya tatamidə sübut olunur. Bir kəs ki, öz ustalığının sübutunu başqa məktəbin və ya insanların üzərində əldə etmədən, necə özü və ya məktəbi haqqda yüksək fikir yürüdə bilər. Belə yanaşma təvazökarlıqdan uzaq və başqalarını aldatmaqdan başqa bir şey deyildir. Ciddi insanlar daim ciddi məktəblərin və ustadların axtarışında olur. Ciddi məktəblər də öz sırasında ciddi insanları qəbul edir.

AZƏRBAYCANDA AİKİDO

Azərbaycanda Aikido 1990-cı ildən inkişafa başlayıb. 1992-ci ildə «Aikido Mərkəzi» rəsmi qeydiyyata alındı, 1994-cü ildə isə «Aikido Mərkəzi» Azərbaycan Aikido Federasiyasını (AAF) təsis etdi. Bu vaxta qədər 10000-dən artıq insan Federasiyanın qeydiyyatından keçmişdir.

Federasiyanın baş iqamətgahı yerləşən «Aikido Mərkəzində» uşaqlara, yeniyetmələrə, qadınlara və yaşlı nəslin nümayəndələrinə təlimlər keçirilir. Qadınlar və məktəbəqədər uşaqlarla xüsusi metodika ilə təlim keçən qadın təlimatçılar fəaliyyət göstərir.

Federasiya seminarlar təşkil edir, eyni zamanda Kyu və Dan dərəcələrinə attestasiyalar keçirir və “Millətin sağlamlığı” proqramı ilə çıxışlar edir. Federasiya beynəlxalq arenada fəal iştirak etməklə Aikidonun Azərbaycanda inkişafına öz töhfələrini verir. Federasiya yerli və xarici təşkilatlarla sıx əməkdaşlıq fəaliyyətindədir. Federasiya Azərbaycanda inkişaf edən Aikidonu xaricdə təmsil edən ictimai təşkilatdır.

Azərbaycanda Aikido ilə məşğul olan və maraq göstərən hər bir insanı Federasiya təşkil etdiyi seminarlara dəvət edir və orada tatami üzərində ustalığını sübut etməyə hər bir kəsə şərait yaradır. Unutmamaq lazımdır ki, Aikido elə Aikidodur ustalıq isə insanın düzgün yolda olmasından və zəhmətindən asılıdır.

Hər kəsə uğurlu yol arzusu ilə...

Fərhad Ələsgərov

© 2014 Azərbaycan Aikido Federasiyası. Bütün hüquqlar qorunur. Sayt 8 yaşdan yuxarı istifadəçilər üçün nəzərdə tutulub.(8+). Dizayn və təkmilləşdirmə SiteMan.az