Şərq döyüş sənətləri arasında qadınlar çox zaman Aikidoya üstünlük verirlər. Görəsən niyə? Yəqin ona görə ki, Aikido şəxsin cinsindən və yaşından aslı olmayaraq onun özünümüdafiə üsüllarını tam şəkildə öyrənməsinə imkan verən ən sülhsevər sənətdir.
Aikido insanlara özünə hörmət qazandırmağı və fiziki cəhətdən daha güclü olmağı ilə bərabər , həmçinin yeni bir həyat tərzi inkişaf etdirməyi öyrədir, hər hansı bir həyat çətinliklərini aradan qaldırmaq üçün kömək edir. Aikidonun tədrisində əsas diqqət insanın yaradıcılıq xüsusiyyətlərinin inkişafına yönəldilir. İnsan təbiətin, incəsənətin gözəlliklərini görməyə başlayır, müxtəlif həyat sınaqlarında daha əlverişli həllər tapmağa çalışır. Aikidonun sirrlərini özünüzə açdıqca inkişaf etsəniz, başqalarını anlamağı və yardım etməyi öyrənsəniz, həyatınızda dəyişikliklər baş verəcək. Yeni maraqlı insanlarla tanış olub, həyatınızda yeni üfüqlər açacaqsınız, bir sözlə, “özünüzü dəyişdirərək, dünyanı dəyişdirəcəksiniz”.
Söylədiklərimin mühümliyini nəzərə alaraq, Azərbaycanda Aikidonun inkişafında nəhəng rolu olan Azərbaycan Aikido Federasiyasının Prezidenti Sensei Fərhad Ələsgərova və şəxsən mənim üzərimdə zəhməti, qayğısı olan, müəlliməm Rəhimə xanıma minnətdarlığımı bildirirəm.
|